Tərlan Əhmədov: "İlk dəfə deyil ki, haqqımız yeyilir" - MÜSAHİBƏ

14.08.2016 | 3876 dəfə oxunub

Azərbaycan Premyer Liqasının II turunun oyununda AZAL səfərdə "Kəpəz"lə qolsuz heç-heçə etdi. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun ağır keçəcəyini bilirdik. Gəncə həmişə futbolla yaşayan şəhərdi. Bu gün eyni səviyyədə oyun getdi. Nəticə oyuna görə oldu. Futbolçularım tapşırıqlarının öhdəsindən layiqincə gəldilər.

Ötənilki AZAL-ı geri qaytarırıq. Uğurlarımızı gələcəkdə görəcəksiz. Fasilədən sonra 2-ci hücumçunu buraxdım ki, qalib gələk, amma alınmadı. “Neftçi” ilə matçdan sonra ruh düşkünlüyü var idi. Onlar bunu unutmuşdular, ona görə sevincliyəm.

- Ötən oyunda AZAL-ın haqqı yeyildi, bu dəfə də hakimlikdən narazı görünürdünüz...

- İlk dəfə deyil ki, haqqımız yeyilir. 3 ildi belə şeyləri görürəm. Hamı səhv edə bilər. Bəzi ikili mübarizələrdə çox fit verilirdi və referi oyunu saxlayırdı. Buna görə bir az aqressiv idim. Fərqi yoxdu, top bizdədi, ya rəqibdə. Hakimlikdən narazı deyiləm.

- Nuqzarın vəziyyəti necədi?

- Birinci gün bu barədə məlumat veriləcək. İndi bu haqda danışmaq tezdi.

- Yeni futbolçu Fok Brayanla bağlı fikirləriniz nədi? Həmçinin, deyilənə görə, yeni dayaq yarımmüdafiəçisinin gələcəyi gözlənilir...

- Bizim müdafiədə bir az problemlərimiz var. İstəyirəm heyətdə rəqabət olsun. Arxa xətdə Elşad Manafov oynayır. Onun əvəzləyicisi yoxdu. Sırf rəqabət üçün legioner cəlb etmək istəyirdim ki, futbolçuların formasında irəliləyiş olsun. İranlı dayaq yarımmüdafiəçisini baxışdan keçirəcəm və qərar verəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail