Şahin Diniyev: "Meydançada nəinki qaçmaq, dayanmaq belə problem idi" - MÜSAHİBƏ

14.08.2016 | 3079 dəfə oxunub

"Kəpəz" Azərbaycan Premyer Liqasının II turunun oyununda doğma meydanda AZAL-a bata bilmədi. Stadium.Az xəbər verir ki, qolsuz bitən oyundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb: 
 
- İlk hissədə ümumiyyətlə, futbol yox idi. Meydançada nəinki qaçmaq, dayanmaq belə problem idi. Fasilədən sonra futbol adına nələrsə göstərə bildik. Avropa Liqasında 4 oyun keçirdikdən sonra ölkə çempionatının qarşılaşmalarına köklənmək motivasiya baxımından çox çətindir. Qol epizodlarından istifadə edə bilmirik. Futbolçularıma 40 dərəcəlik istidə göstərikləri əzmkarlığa görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, cəmi 45 dəqiqə futbol izlədik. Daha bir hissə oynasaydıq, yaxşı olardı. AZAL-ı da təbrik edirəm. Qarşılarına xal götürmək vəzifəsi qoymuşdular. Müdafiə olunub istəklərinə çatdılar. Hələ "Neftçi" ilə oyundan sonra AZAL-ın yaxşı komandasının olduğunu bildirmişdim. Bir neçə turdan sonra özümüzə gələcəyik. Çempionat hələ yeni başlayıb. Əssa odur ki, komanda rəqibə təzyiq etməyi bacarır. Bunu həm "Qəbələ", həm də AZAL-la oyunlarda gördük. Üzərində işləyəcəyimiz başlıca məsələ yaratdığımız qol imkanlarından istifadə etməyi öyrənməkdir. Belə bir isti havada 12-13 min futbolsevər yanımızda oldu. Təəssüf ki, onlar əsas istədikləri şeyi görmədilər. Söhbət "Kəpəz"in qolundan, qələbəsindən görməməklərindən gedir. Buna görə azarkeşlərimiz üçün üzülürük. Növbəti oyunlarda bu borcumuzdan çıxmağa çalışacağıq. 
 
- Qeyd etdiyiniz kimi, hava həqiqətən də isti idi. Heç media sektorda da oturmaq olmurdu. Qarşılaşmanın axşam saatlarında keçirilə bilməməsinin səbəbi də arenada projektorların olmamasıdı. Bəlkə, yay bitənə qədər Bakıya köçəsiniz?

- Oyun saat 6-a çəkilsəydi, daha yaxşı olardı. Gəncədən getmək istəmirik. Çətin də olsa oynamağa məcburuq. Özüm günün altında dayanmağa yer axtarırdım. Buna görə də futbolçuları da qınamıram. Belə havada ölüm hadisəsi baş verə bilərdi.
 
- Hakimlik barədə nə deyə bilərsiniz?

- Hakimlər barədə danışmaq istəmirəm. Yaxşı futbol oynamamağımızın səbəbi hava şəraiti ilə bağlıdır.
 
- Komandanın qol ümidi olan kamerunlu hücumçu Julien Ebah uzun müddətdi fərqlənə bilmir...


- Ebah çalışır, amma qol vura bilmir. Psixoloji təzyiq altındadır. Özünə gəlməsi üçün ona bir qol bəs edər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail