Roman Qriqorkuk: "Biz bu barədə düşünməməliyik" - MÜSAHİBƏ

18.08.2016 | 3534 dəfə oxunub

Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" bu gün pley-off mərhələsinin ilk oyunları çərçivəsində  “Maribor”u qəbul edəcək. Stadium.Az xəbər verir ki, Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk oyundan əvvəl təşkil ollunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Lill” ilə oyunun üstündən xeyli vaxt keçib. Komanda eyforiyadan ayılıb.  “Lill” ilə görüşdən sonra iki oyun keçirmişik. Futbolçularımız istənilən halda inkişaf barədə düşünməlidi. Çünki onların karyeralarında böyük uğurlar olur. Xüsusən də, gənclərə bu baxımdan kömək etməyə çalışırıq.

- Rəqibi yetərincə təhlil etmisinizmi və start heyətini müəyyənləşdirmisinizmi?

- Əlbəttə, rəqibi təhlil etmişik. Kifayət qədər məlumatımız var. Bunu futbolçularla bölüşdük. Onlar da rəqib barədə öz fikirlərini yaratdılar. O ki qaldı start heyətinə, fikrimdə heyət var. Amma bu, müxtəlif variantdadı. İstənilən halda, heyət sabah açıqlanacaq.

- Hazırda Azərbaycanda olan ən tanınmış ukraynalısınız. Özünüzü necə hiss edirsiz və həmyerlilərinizin dəstəyini hiss edirsinizmi?

- Bəli, Ukraynanın Azərbaycandakı səfiri bizə dəstək olur. Hiss olunur ki, onlar futbolla maraqlanırlar. Azərbaycanda özümü çox gözəl hiss edirəm. İnsanlara minnətdarlığımı bildirirəm. Futbol haqda düşünürük, onun inkişafına çalışırıq. Hər şey gözəldi. Bura haqda ancaq xoş sözlər deyə bilərəm.

- “Maribor” əvvəlki mərhələdə keçdiyiniz komandalardan nə ilə fərqlənir?

- Güc baxımından müqayisə etməzdim. Oyun üslubuna görə müqayisə edərəm. “Maribor” güclü komandadı. Yaxşı təşkilatlanmış kollektivdi. Çox sürətli oynamağı xoşlayırlar. Futbol oynayan komandadı. Məşqçi işi hiss olunur.

- Rəşad Sadiqovun yoxluğu sabah çıxışınıza necə təsir edə bilər?

- Futbolçu itkiləri hər zaman olur. İstənilən itki məşqçinin işini çətinləşdirir. Təbii ki, bu, xoş olmayan haldı. Rəşad bizim aparıcı fiqurlarımızdan biridi. Yaşı çox olsa da, son vaxtlar öz üzərində çox işləyir. Sabah onun yerinə başqası şans qazanacaq. Bu üzdən məsələni çox böyütməyə ehtiyac yoxdu. Sabah oynayacaq futbolçular barədə danışsaq, daha yaxşı olar.

- Komandaların şanslarını necə dəyərləndirirsiniz?

- Bunu faizlə deməyin tərəfdarı deyiləm. Hətta bir faiz şansın olsa belə, sona qədər mübarizə aparmalısan. Biz bu bir faiz üçün ölməyə də hazır olmalıyıq. Düşünürəm ki, sabah şansımız bir faizdən çox olacaq.

- Qayğılı görünürsünüz. Bunun səbəbi kapitanın yoxluğudu, yoxsa...

- Bu, ona görədi ki, yüksək səviyyədə konsentrasiya olmuşam. Qayğılı deyiləm.

- Bu mövsüm Avropa Liqasında güclü komandalar var. Qrup mərhələsinə adlasanız, orda sizin üçün daha çətin olmayacaq?

- Biz bu barədə düşünməməliyik. İndi yalnız sabahkı görüşə konsentrasiya olmuşuq. Çünki çox güclü, yaxşı balanslaşdırılmış komanda ilə qarşılaşacağıq. Bu tipli suallar sanki divara dəymiş olur. Çünki fikrim yalnız sabahkı görüşədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail