Kamran Şahsuvarlı: "Sonra müəllimlər dedi ki, uduzursan, onda bir az inamım itdi" - MÜSAHİBƏ

19.08.2016 | 3532 dəfə oxunub

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarında Azərbaycana ilk medalı qazandıran Kamran Şahsuvarlı yarımfinal döyüşündən sonra müsahibə verib. Stadium.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparmış boksçumuz öz nəticəsindən razı qaldığını bildirib.

-  Biz gördük ki, rəqib güclü idi və görüş də çox gərgin alındı. Sən özün nə deyə bilərsən bununla bağlı?

- Hazırda mənim çəkimin ən güclü idmançısı o hesab olunur. Mənim döyüşüm də alınmadı. Rəqibə yaxınlaşmaq istəyirdim, belə olanda da zərbə buraxırdım.

- Yəqin ki, əvvəlcədən rəqibin döyüşlərini izləmişdin. Ona uyğun olaraq öz çıxışını necə qurmuşdun? Hücum, yoxsa müdafiə?

- Bəli izləmişdim və ilk olaraq müdafiə taktikasında döyüşürdüm. Gərək müdafiə olunasan ki, zərbə buraxmayasan.

- Döyüşün sonunda, hakim qalibi elan edənə qədər ümidin var idi ki, qələbə qazanacaqsan? Çünki döyüş tam üstünlüklə keçmədi, demək olar ki, bərabərsəviyyəli mübarizə gedirdi...

- Rinqə çıxana qədər inanırdım. Hətta birinci raundun sonunda da ümidim var idi. Sonra müəllimlər dedi ki, uduzursan, onda bir az inamım itdi.

 

- Bəlkə kənardan belə deyilməyi səni ruhdan saldı, ola bilər?

- Xeyr, onsuz da hər raunddan sonra bu deyilməldi. Çünki məğlub olursansa, irəli getməlisən, bir az da aktiv olmalısan. Mənə də ikinci raunddan sonra deyəndə ki, geridəsən, mən də ona görə üçüncü raunddu bir az daha yaşı “işlədim”.

- Boks yığmamıza hələ ki, tək medal qazandıran sənsən. Sabah isə Lorenzo Sotomayor yarımfinal döyüşünə çıxır. Rəqibi də erməni idmançıdır. Sənin fikirlərin maraqlıdır...

- Lorenzoya uğurlar arzulayıram. Əgər mən üçüncü yer tutdumsa, o, birinci yer tutmalıdı. Çox istəyirəm ki, finala çıxsın.

- Lisenziyanı son anda qazanan və Olimpiadada bürünc əldə edən Kamran Şahsuvarlı öz nəticəsindən razıdırmı?

- Razıyam, bəli.

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail