"Ümid edirəm ki, cavab matçında bizimlə olacaq" - MÜSAHİBƏ

19.08.2016 | 3250 dəfə oxunub

Ötən gün Avropa Liqasının pley-off mərhələsində “Maribor” üzərində 3:1 hesablı qələbədən sonra “Qəbələ”nin futbolçusu Teo Uiks qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib: 

- Oyun haqda fikirlərini bölüşərdin…

- Asan oyun olmadı. Qarşılaşma çox ağır keçdi. Erkən qol buraxsaq da, ruhdan düşmədik. 2-ci hissədə daha yaxşı oyun sərgilədik və layiqli qələbə çaldıq.

- Demək olar ki, cütün taleyi həll olunub?

- “Maribor” yaxşı komandadır. Cütün taleyinə cavab matçında aydınlıq gələcək.

- Bu oyunda qol vura bilmədin...

- Mənim üçün fərqi yoxdur. Əsas komandanın uğurudur. Zenyov və Dabo qol vurdu, biz qalib gəldik. Bu, vacib qələbə idi.

- Rəşad Sadiqov oynamadı. Yoxluğunu hiss etdiniz?

- Sadiqov bizim üçün vacib futbolçudur. O, kapitanımızdır. Oyundan əvvəl bizə ürək-dirək vermişdi. Yoxluğunu hiss etdik. Ümid edirəm ki, cavab matçında bizimlə olacaq.

- Rəqib gözlədiyiniz kimi güclü idi?

- Rəqibimiz çox güclü komandadır. “Maribor”un gücü hamıya məlumdur.

- Cavab matçında əsl Uiksi görə biləcəyikmi

- Mənim üçün komandanın qalib gəlməsi daha önəmlidir. Səfər qarşılaşmasında əlimdən gələni edəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail