Hacı Əliyev: "Həyatımı da riskə atdım" - MÜSAHİBƏ

20.08.2016 | 3549 dəfə oxunub

Rio Olimpiadasında sərbəst güləş üzrə bürünc medal qazanmış Hacı Əliyev (57 kq) görüş başa çatdıqdan sonra müsahibə verib: 

- Sən qızıl qazanacaq qədər güclü idmançısan. Ancaq alınmır. Sanki güləşçilər tilsimə düşüblər. Bəlkə sən deyəsən, nədi bunun səbəbi?

- Tilsim deməzdim. Olimpiya Oyunları elə bir yarışdı ki, burda güclü yox, şansı olan və ağıl işlədən qalib gəlir. Çünki güclü idmançılar uduzdular ki, adam təəccüb edir. Məsələn, mən gürcü idmançıya uduzmağı heç gözləmirdim. Xalçada tutaşanda düşünürdüm ki, uda bilərəm bunu. Ancaq şanssızlıq imkan vermədi. Olimpiadada sürpriz nəticələr olur, məsələn, gözləmirdik ki, yapon güləşçi finala kimi irəliləyə bilər. Həm də bilirsiniz ki, mən 12 kq çəki salmışam, bu da təsir edir. Həmişə 69 kq oluram, 61 kq-da güləşirəm. Demək olar ki, həyatımı da riskə atdım. Çəki ilə bağlı son günlərdə problem oldu. Əsas odu ki, medalsız qalmadıq.

- Deyirsən ki, gürcü güləşçini uda bilərdin. Bəs səhv nədə oldu?

- Səhv yox, uğursuzluq deyərdim. Yorulmadım da, deyim ki, yorğunluq təsir etdi. Son anda vaxt çatmadı.

- Bura gəlməmişdən qabaq hər kəs güləşçilərdən ən az iki qızıl medal gözləyirdi. Ancaq pəhləvanlarımızın əsasən “bürünc”lə kifayətlənməsi insanlarda da əks fikirlər yaradıb. Sanki zəifləyin idmançılarımız...

- Yox, zəifləməyib idmançılarımız. Sadəcə alınmır. Mən sabah Şərif Şərifovdan qızıl medal gözləyirəm. Toğrulla Xetaq da qızıl qazanacaqlar. Bunlar o pilləyə həqiqətən də layiqdilər. Neçə aylardı evə də getmirik, əziyyət çəkirik, hər bir idmançı elədi burda.

- Sonuncu, “bürünc” üçün həlledici görüşdə hiss olunurdu ki, yorğunsan. O da məlumdu, təsəlliverici görüşə görə olub. Ancaq əzmkarlıq göstərib qalib gəldin. Bu qələbədə əsas nə rol oynadı? Ustalıq, ya əzmkarlıq?

- İnanırsız, ikinci hissədə artıq çox yorulmuşdum. Ancaq bu idmançıya 3-4 dəfə qalib gəlmişəm. Son dəqiqələrdə düşünürdüm ki, bu qədər bunu udmuşam, burda uduzmaq olmaz. Hiss edirdim ki, aldadıb axırda uda bilərəm.

Səmayə MƏMMƏDOVA
AGİN, Riodan.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail