Şahin Diniyev: "Gərək onu evləndirək " - MÜSAHİBƏ

20.08.2016 | 2600 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turunda "İnter” doğma meydanında "Kəpəz”i qəbul edib. Qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatıb. Stadium.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib:

- Çox danışmaq istəmirəm. Belə oyundan sonra danışmaq çətindir. Komanda heç nədən qol buraxdıq. Məni sevindirən komandamızın yüksək səviyyəli oyun sərgiləməsidir. Bu gün qələbə qazanmağa çox yaxın idik. Gələcək oyunlar haqqında düşünməliyik.

- Ebahın ilk hissərdən meydanda olmamasının səbəbi nə idi?

- Ebahda psixoloji durum yerində deyil. O, bir neçə oyunda fərqlənə bilmir. Hücumçunu qol vurmaq üçün əsəbiləşdirmək lazımdır. Düşünürəm ki, bu gün Ebahı əsəbiləşdirə bildim və ondan istədiyimi ala bildim.

- Komanda standart vəziyyətlərdən çox əziyyət çəkir. Bunun səbəbi nədir?

- Razıyam. Səhvlərimiz üzərində işləməliyik.

- Dario bu gün sizi çox əsəbiləşdirdi. Ona qarşı hansısa tədbir görəcəksiniz?

- Gərək onu evləndirək (gülür). Darionun bugünkü oyunundan razı qaldım. Sadəcə, bir-iki epizodda zəif oynadığı üçün ona iradlarımı bildirdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail