Aqil Məmmədov: “Bakını təmsil edən Premyer Liqa klublarının “Mil Muğan” kimi bazası yoxdur” - MÜSAHİBƏ

28.08.2016 | 10286 dəfə oxunub

“Mil Muğan” klubu bu mövsüm I divizionda iddialı olmalıdır. Komanda Premyer Liqaya yüksəlmək üçün oynayacaq. Buna görə də, “Sumqayıt”ın eks baş məşqçisi Aqil Məmmədov İmişli klubuna baş baş məşqçi təyin edilib.

Məmmədov hazırda komandanın heyətini qurmaqla məşğuldur. İmişliyə gedərək “Mil Muğan”ın durumuyla yaxından maraqlandıq və baş məşqçi də suallarımızı cavablandırdı/ Aqil M'mm'dovun Stadium.Az saytına müsahibəsini təqdim edirik:

 

- Bildiyimiz qədəriylə “Mil Muğan”ı yenidən qurursuz. Necədir hazırkı vəziyyət?

- Sözün düzü, vəziyyət ürəkaçan deyil. Mən hələ düşünmürəm ki, “Mil Muğan” iddialıdır. Biz də çalışırıq və inanırıq ki, komandanı bu vəziyyətə gətirib çıxardaq. Mən desəm ki, ilk turdan iddialı olacağıq, heç də düz olmaz.

- Heyəti qurmaqda çətinliyiniz çoxdur?

- İmişliyə gələndən bəri elə əsas işimiz heyəti komplektləşdirməkdir. Əsas çətinliyimiz toplanışa gec başlamağımızdadır. Çünki biz gec başladıq, futbolçularda artıq hərəsi bir komanda tapmışdı. Buna görə komandaya cəlb etməyə futbolçu tapa bilmirik.

- Nə zamandan məşqlərə başlamısız?

- Avqustun 18-dən məşqlərə başlamışıq. Gündə iki məşq edirik. Ağır məşqlərimiz də olur. Hələ ki, orta komandadır.

- Heyətə kənardan baxanda yalnız 3 təcrübəli futbolçu görünür. Tofiq Mikayılov, Elşən və Ruhid Usubov...

- Onlarla yanaşı Samir və Elnur da təcrübəlidir. Onların yanında da gəncləri oynadacağıq.

- Bu futbolçularla iddialı komanda yaratmaq olacaq?

- Əlbəttə, çətin olacaq. Amma bu o demək deyil ki, iddiamız olamayacaq. Biz hər oyuna ancaq qələbə üçün çıxacağıq.

- Komandada iki afrikalı da gördük...

- İndi həqiqətən futbolçu tapmaq çətindir. Bəzi mövqelərə oyunçu tapmadığımızdan əcnəbiləri baxışa çağırdıq. Məsələn, mərkəz müdafiəçisi və hücumçu tapa bilmirəm.

- Komandanın maddi durumu necədir?

- I divizionda çıxış edən komanda üçün maddi vəziyyət yaxşıdır.  

- Komandaya yeni futbolçu cəlb edəcəksiz?

- Kənarda boş futbolçu yoxdur. Heç siyahımızda yoxdur ki, orda kimlərsə olsun. Sadəcə təklif edilsə, baxışdan keçirəcəm.

- “Mil Muğan” baş məşqçi olaraq ikinci klubunuz olacaq...

- Futbolçu olada Tovuzda, Şəmkirdə, Mingəçevirdə oynamışam. Düşünmürəm ki, əyalətdə baş məşqçilik etmək mənə çətinlik yaratsın. Bakıdan bura 3 saatlıq yoldur. Heç bir çətinliyimiz də yoxdur. Hətta deyərdim ki, Bakını təmsil edən Premyer Liqa klublarının heç birinin belə bazası yoxdur.

- İmişlidə adətən futbol olub. İmişli camaatı da futbolu sevəndir. Onlara sözünüz nədir?

- Onlara söz verirəm ki, burada yaxşı, təmiz və saf kollektiv yaranacaq. Məğlubiyyət də olar, qələbə də, ancaq oyunumuzdan hamı razı qalacaq.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail