"Bakı" çempionatda çıxış etsə, biz AFFA olaraq FİFA qarşısında məsuliyyət daşıyacağıq" - MÜSAHİBƏ

29.08.2016 | 3772 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra brifinq keçirib. Stadium.Az xəbəı verir ki, assosiasiya başçısı jurnalistlərin suallarını cavablandırıb.
 
- Mətbuatda belə yazılıb ki, "Bakı"nın prezidenti Hafiz Məmmədovla təkbətək görüşünüz olub. Ancaq "Bakı" çempionatda çıxışını dayandırdı. Bununla bağlı fikriniz maraqlıdır...


- Hafiz müəllimlə görüşümüz olmayıb. "Bakı" Azərbaycan futbolunda böyük ənənəsi olub, böyük işlər görüb. Amma son vaxtlar FİFA qarşısında böyük maliyyə öhdəçilikləri yarandı. Nəticədə FİFA ötən mövsüm klubun 15 xalını sildi. İndi də xal silinmək prosesi davam edir. Klub bu öhdəçilikləri yerinə yetirmək, lisenziya almaq üçün sənədləri bu gün də verməyib. Bunu həll etsə belə, həmin sanksiya kluba yox, AFFA-ya qarşı da yönələ bilər. Çünki onlar bizdən də tələb edirlər ki, klub öhdəçiliyi yerinə yetirsin. Ona görə də "Bakı"nın çempionatda çıxışı hüququ cəhətdən baş tutmur.
 
- Bununla bağlı AFFA hər hansı güzəşt edə bilərmi?

- Yox. Heç bir güzəşt ola bilməz. "Bakı" çempionatda çıxış etsə, biz AFFA olaraq FİFA qarşısında məsuliyyət daşıyacağıq.   
 
- Klubların sayının azalmasının Premyer Liqaya mənfi təsiri varmı?

- Olacaq. Klublarının, oyunun sayının azalması 2 vur 2 kimi bir şeydir. Ancaq ayrı bir yolumuz yoxdur. Bu il qəraq qəbul etdik ki, cari mövsümə 8 komandayla başlayacaq, gələn il doğru-düzgün 10 komanda olsun. 
 
- Futzal yığmamızın üzvləri ilə görüşdüyünüzü bildirdiniz. Bu milli komandanın baş məşqçisi də bildirib ki ki, az oyun keçiriblər. O, bu istəyini sizinlə görüşdə dilə gətirdimi?

- Gecdir artıq. Bir neçə gündən sonra dünya çempoinatının final mərhələsinə yollanırlar. Gərək özlərini Kolumbiya vaxtına kökləsinlər. Bu gündən artıq özlərini Kolumbiya vaxtında yatıb dursunlar ki, buna adaptasiya olsunlar.

- Siz bu ölkəyə final mərhələsinə yollanacaqsınız?

- Yox.

 
- Millimizin qarşıda San-Marino yığması ilə səfərdə rəsmi oyunu var...


- Millimizə uğurlar dilədik. Biz onlara xeyir-dua verdik. Rəqiblərin hamısı çətindir. Biz onlara qələbə arzuladıq. Çalışmalıdırlar ki, yeni seçmə mərhələyə qələbə ilə başlasınlar. Futbolda asan rəqib olmur.

- Seçmə mərhələnin startı öncəsi qarşıya bir hədəf qoyulubmu?

- Hədəf həmişə var. Əsas hədəfimiz Avro-2020-dir. Yəqin ki, vurduğumuz şüarı gördünüzü - Niyə də yox?. Uşaqlar özləri düşünmüşdülər. Bu, gözəl şüardır ki, başlanğıcda maksimum irəli gedək. Onlar öz qarşılarında öhdəçilik götürüblər ki, startda uğur qazanaq və niyə də DÇ-2018-də final mərhələsində iştirak etməyək?
 
- Vaxtilə klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiniz. Ancaq son proseslər göstəri ki, bu qurum yaradılmayan klublar irəli gedilər. Məsələn, "Qarabağ" "Qəbələ" yenidən Avropa Liqasının qrupuna düşdülər. Düşünmürsünüz ki, Müşahidə Şurasının yaradılması uğursuz layihədir? Məhz bu şura yaradılandan sonra klublar uçuruma doğru gedirlər?

- Yox, biz düşünmürük. Müşahidə Şurası pis oyuna dəlalət etmir. Bu, quruluşdur, şəffaflıq deməkdir. Bu, ayrı şeydir, o ayrı şey. Bunu bir-birinə qarışdırmayın. Mən klubların daxili işi haqda deməyə ixtiyarım yoxdur. Heç vaxt baş məşqçinin bir uğursuzluğa görə istefaya göndərməyin tərəfdarı o
olmamışam. O vaxt "Neftçi"nin prezidenti olduğum zamanı baş məşqçi Qurban Qurbanovu 1-2 oyun uduzanda istefaya səslədilər. Həmin adamlaar dedim ki, Qurban 200 oyunda da uduzsa dsa, biz onu istefaya göndrəməyəcik. Kimsə bunu hazırlayırdı. Mən onlara dedim ki, gedin, nə edirsiniz edin, mən Qurbanovu buraxmayacağam. Onlar da sitefa qışqırmağı tərgizdilər. Məşqçiyə özünü göstərmək üçün vaxt verilməlidir. Məşqçi dəyişikliyi heç vaxt yaxşı nəticə vermir.
 
- Bəlkə rəhbərlik dəyişməlidir?

- O da ola bilər. Əsas məşqçidir. "Neftçi"də bir rəhbər yoxdur, rəhbərlikdə bir neçə nəfər yer alıb. Onlar baş məşqçini seçilər və sonra onun işinə qarışmırlar. Məndə olan məlumata görə belədir.

- Sizin "Neftçi"dəki dövrdə azarkeş ordusu ilə indi klubun stadionda bir nəfər azarkeşinin olmamağı arasında böyük fərq var....

 - Azərbaycanda azarkeş problemi var. Neçə ildir futboldayam, azarkeşlərin  stadiona gəlməsi minimal səviyyədədir. Mənim vaxtımda da da belə idi. Bir az qələbə olanda, xarici matçlar olanda gəlirlər. İngiltərə, Avropaya baxırıq, 40 minlik stadionu doldururlar. Biz 60-70 minlik Olimpiya Stadionu tikmişik. "Neftçi" 11 minlik "Bakcell Arena"nı doldura bilmir. Azarkeş gəlmir də, həvəs yoxdur, nədəndir bilmirəm. Menecmenti düz qurmuruq. İnsanları stadiona cəlb etmək lazımdır. Bunun üçün gecə-gündüz çalışmalıdırlar.

- Xaricdə Müşahidə Şurasının  üzvləri pul qoyuluşu edirlər. Ancaq "Neftçi"də Müşahidə Şurasının üzvləri dövlətdən alınan pulu idarə edirlər. Düşünmürsünüz ki, burada hər hansı uyğunsuzluq var? 

- Yox. SOCAR-ın vitse-prezidenti Xoşbəxt müəllim "Neftçi"nin azarkeşidir, Ağsaqqal Şurasının sədridir. O, onları gecə-gündüz "presləyir", narahat olmayın (gülür).

- Çimərlik yığması tarixində ilk dəfə Super Liqaya qazandı. Ancaq Azərbaycanda çimərlik futbolu çempionatı yoxdur. Bu haqda düşünmürsünüz?

- Biz hələ ki bu haqda düşünməmişik. Çimərlik futbolu üçün stadion düzəltməliyik. Mən Braziliyada getdim, gördüm ki, hamı çimərlikdə futbol, voleybol oynayır. Baxırsan ki, hər yerdə oynayırlar. Ancaq bizdə çimərlikdə voleybol oynayan yoxdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail