Fariz Nəcəfov: "Bizim üçün çox çətin olacaq" - MÜSAHİBƏ

01.09.2016 | 11905 dəfə oxunub

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Stadium.Az saytına müsahibəsini təqdim edirik:

- Ötən mövsüm başa çatadan sonrakı dönəmi komandanız üçün necə dəyərləndirrsiz?

- Ötən mövsüm komanda formalaşanda, futbolçuları heyətə cəlb edəndə “Qəbələ” belə populyar deyildi, əyalət komandası kimi tanınırdı. Bu mövsüm komandanı formalaşdıranda isə “Qəbələ” Avropa Liqasında qrupda oynamış və tanınmış bir klub idi. Buna görə də komandanın tanıtımını etmək və futbolçuların heyətə cəlb olunması bu halda daha rahatdı. Ötən mövsümkü komanda o heyətlə Avroliqada qrupa düşdü və bizim üçün çox uğurlu nəticə idi.

İndiki “Qəbələ” isə daha az büdcə isə bunu təkrarladı. İndi biz daha az büdcəylə bunu etdiyimiz və uğurumuzu təkrarladığımız üçün sevinirik. Dəyişməyən isə oyun üslubumuz və baş məşqçidir.

Image result for fariz nəcəfov

- “Qəbələ” yarandıqdan sonra ən çox tənqid olunan klubardan biri idi. Kənardan baxanda görünən o idi ki, komandaya çoxlu sayda pul xərclənir, amma ortada nəticə yoxdur. İçəridə nələr dəyişdi ki, komanda birdən birə yüksəlişə keçdi?

- Məncə tənqid etməyə tələsirdilər. Birdən birə komanda formalaşdırmaq çətin məsələdir. O tənqidlərin içində bizim nəticə çıxartdığımız, yerində olanları da vardı. Amma elələri də vardı ki, “altında” başqa nüanslar vardı, qərəzli idi. Biz bilirik ki, düz yoldayıq və nəticələr də qazanacağıq. Klub yarandığı gündən prezidentimizin fikirlərinə əsasən, daha yaxşı komanda olmaq üçün öncə infrastrukturu, akademiyanı yaratmalıydıq və bundan sonra bəlli bir nəticə üçün mübarizə aparmalıydıq. Biz də həmin  infrastrukturu, akademiyanı yaratdıq və Toni Adamsın gəlişiylə nəticəyə oynamağa başladıq. Bundan sonra Yuri Syominə qədər tənqid olunan dövr oldu. Syomin gələndən sonra Avroliqaya vəsiqə qazandıq və ölkə kubokunun finalına yüksəldik. Burada da təcrübə öz sözünü dedi və biz baş məşqçiylə anlaşa bilmədik. Buna görə də Avroliqada çox uğursuz çıxış etdik. Roman Qriqorçuku komandaya dəvət edəndən sonra isə buna kimi gördüyümüz əziyyətin bəhrəsini görməyə başladıq. Sanki bununla detallar yerinə bərkiməyə başladı.

- Syominin gedişi komanda üçün gözlənilməz olmuşdu. İndi heç düşünürsüz, yaxşı ki, gedibmiş elə?..

- Belə demək də düzgün səslənməz. Biz Syominlə əldə etdiyimiz nəticəyə də sevinmişdik. Ölkə çempionatında mükafatçı olmuşduq, kubokun finalına yüksəlmişdik və Avroliqaya vəsiqə qazanmışdıq. Bunların hamısı bizim üçün uğur idi. Komanda individual futbolçular üzərində qurulsa da, baxımlı futbol sərgiləyirdi. Həmin dövr üçün biz bu nəticələrə çox sevinmişdik. Əgər bu gün Syominin gedişinə sevinsək və sabah Qriqorçuk komandadan gedərsə, onun yerinə gələn məşqçiylə daha yaxşı nəticə qazansaq, gərək Romanın da gedişinə sevinək. Bu halda isə onların uğurlarına kölgə salmış olarıq.

Image result for fariz nəcəfov

- Klub olaraq “Qəbələ”nin ölkə çapında futbola aid hər bir şeyi var. Yalnız stadion problemi var ki, Avroliqa oyunlarınızı öz stadionunuzda oynaya bilmirsiz. Bu barədə plan varmı?

- Bizim əvvəldən böyük proyektlərimiz vardı. Bunlardan biri də böyük stadionumuzu inşa etmək idi. Ancaq sonradan azarkeşlərin stadiona az gəldiyini nəzərə alaraq, bunu təxirə saldıq. Və əvəzedicilərin oyunları üçün nəzərdə tutulan stadionun azarkeş tutumunu böyütdük ki, oyunlarımızı orada keçirək. Orada da hər şey bütün standartlara cavab verir, sadəcə azarkeş tutumu azdı. Biz Avroliqa oyunumuzu 2500 azarkeş tutumu olan stadionda necə oynayaq?

Ancaq bu barədə də işlərimiz gedir və stadionun azarkeş tutumunu artıracağıq ki, ən azından qrup mərhələsinə qədər olan oyunlarımızı öz stadionumuzda keçirək.

Image result for fariz nəcəfov

- Yeni “Qəbələ”ni biz Avroliqada gördük. Bu heyətdən və göstərilən futboldan razısız?

- Mənə hər dəfə bu sualı verəndə deyirdim ki, zamana etiyac var. İndi isə artıq xeyli zaman keçib və suala cavab vermək olar. İlk öncə futbolçuların insani keyfiyyətləri və xarakterləri xoşuma gəlib. Komandada müsbət atmosfer var. Futbolçu kimi də çox uğurlu çıxış edirlər. Bilirsiz ki, oyunlarımızı Qəbələdə oynayırıq və yeni komanda hələ ora getməyib. Yeni gələn futbolçularımız Qəbələdə olmayıblar. Məncə Qəbələyə getdikdən sonra onların ora uyğunlaşması üçün zamana ehtiyac olacaq. Avropadan gələn insanlar üçün rayon yeri cansıxıcı ola bilər. Bu mərhələni də uğurla keçsək hər şeyi yaxşı qiymətləndirmək olar.

- Amma etiraf edək ki, indiki “Qəbələ” daha inamlı təsir bağışlayır...

- İstəyirəm sizlə razılaşım, amma ötən mövsümkü komandanın əziyyətini də yerə vurmaq istəmirəm. İndiki komandada həmin futbolçulardan var. Sadəcə ötən mövsüm bəzi futbolçular burada uyğunlaşa bilmədilər. Bu heyətin əsas üstünlüyü odur ki, adaptasiya dönəmin çox tez keçdilər.

- Rəşa Sadiqovdan çoxları belə oyun gözləmirdi. Mövsüm başlayandan kapitan sanki ikinci cavanlığını yaşayır...

- Rəşadın böyük təcrübəsinin olmasının bizim üçün böyük əhəmiyyəti var. Təcrübəsinin hesabına məşqçinin tapşırıqlarını daha tez qavrayır və tətbiq etməkdə çətinlik çəkmir.  Məşqçinin oyun üslubuna daha tez uyğun gələn futbolçulardan biridir və kapitandır, lideridir. Razıyam ki, yaş da öz sözünü deyir və tez-tez zədələnir, amma inanıram, Rəşad hələ bizə kömək edəcək.

Image result for fariz nəcəfov

- Roman Qriqorçukun müqaviləsi bu mövsümün sonuna kimidir. Artıq yeni müqavilə haqda düşünmürsüz?

- Qriqorçuk insan olaraq elə bir şəxsdir ki, qarşılıqlı hörmətə əsaslanan münasibətə daha çox üstünlük verir. Roman həqiqətən kişi adamdır. Biz ilk dəfə ona təklif yollayanda maddi baxımdan "Çernomorets"də qazandığından daha yaxşı təkliflər irəli sürmüşdük. Ancaq o, "Çernomorets"i  büdcəsinin aşağı düşməsinə baxmayaraq onları atıb gəlmədi. Dedi ki, komandada pul azalıb deyə onları atıb gələ bilmərəm. Roman ancaq komanda dağılandan sonra oranı tərk edib bizə gəldi. Eyni hal bizdə də təkrarlandı. “Qəbələ”nin büdcəsi aşağı düşəndə Qriqorçukun müqaviləsinə də dəyişikliklər edildi. Həmin anda onun bizə qarşı etdiyi jest, “mənim üçün pul axrıncı yerdə dayanır” deməsi onun şəxsiyyətinə olan hörmətimi daha da artırdı. Onunla centlimen sayağı danışığımız olub ki, adlı-sanlı komandalardan təklif alarsa getməyinə heç bir problem yaratmayacağıq. Düzdür, rəsmiyyətin olması peşəkarlıqdı, ancaq biz inanırıq ki, Roman bizi pis vəziyyətdə qoyub burdan getməz.

- “Qəbələ”nin çempionatda qızıl medal üçün mübarizə aparmasının vaxtı çatıbmı?

- Bunu hər il düşünürük. Ötən mövsüm də düşünürdük ki, çempionluq üçün oynayaq. Çempionatda heç ikinci də olmamışıq. Ötən mövsüm öz səhvlərimiz də oldu, amma hakimlər  bizi çox sıxdı. Bunların hamısı faktlarla sübut olunub ki, hansı oyunda neçə xalımızı alıblar. Mən rəqiblərimizi günahlandırmıram, amma əsas rəqiblərimizlə oyunlarda bizim xallarımızı əlimizdən aldılar. Hakimlərin əlimizdən aldığı xalları hesablayanda elə gəlib çempion olurduq. Elə komandalar var ki, onlar heç 1 xalını da hakimlərə görə itirməyiblər.

Bizi narahat edən əsas amillərdən biri yerli futbolçularla bağlıdır. İndi bizim komandada 4 əsas yerli futbolçu var. Rəşad Sadiqovla Rəşad Eyyubov, Asif Məmmədov və Məhəmməd Mirzəbəyov. İndi isə Ruslan Qurbanov transfer edilib. 5 limitin olduğu halda gərək 10-11 səviyyli yerli futbolçumuz olsun. Biz isə əsas komandaya akademiyamızın futbolçularını cəlb etmişik.

- Avrop Liqasında qrupdakı rəqiblər də bəllidir. “Qəbələ” qrupdan çıxa bilərmi?

- Hər şey ola bilər. Biz özümüzdən hər şey gözləyirik. Hamı bilir ki, bu qrupda həm büdcəsinə, həm də gücünə görə ən zəif komanda bizik. Ancaq biz bundan da çətin qrupa düşə bilərdik. Odurki sadəcə münasib qrupa düşdüyümüzü demək olar. Ancaq bizim üçün çox ağır  olacaq. “Anderlext” Rumıniya millisinin yarımmüdafiəçisini 3.8 milyona alıb. Biz isə bunu xəyal edirik...

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail