"Qəbələ"nin yeni transferi: "Düzünü desəm, buradakı şərtlər Xoratiyadakından yaxşıdır" - MÜSAHİBƏ

03.09.2016 | 4417 dəfə oxunub

"Qəbələ"nin yeni transferi Petar Franyiçin müsahibəsini təqdim edirik:

- "Qəbələ"yə keçidiniz necə alındı?

- Klub rəsmiləri menecerimə müraciət etmişdilər. Danışıqlar apardıq və razılığa gəldik. Nəticədə, "Qəbələ"nin futbolçusu oldum.

- Bu seçiminizi nə ilə izah edərdiniz?

- "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayacaq. Ötən mövsüm də bu turnirdə çıxış edib. Bu, təklifi qəbul etməyimin əsas səbəbi oldu. Bundan başqa, "Qəbələ" barədə çoxlu yaxşı söz eşitmişdim.

- Dərhal razılaşdınız?

- Dərhal deməzdim. Bəzi məsələləri düşünmək üçün zaman lazım idi. Götür-qoy etdikdən sonra razılaşdım.

- "Qəbələ"də "Split"dəkindən çox qazanacaqsınız?

- Düzünü desəm, buradakı şərtlər Xoratiyadakından yaxşıdır.

- İlk dəfə Xorvatiyadan kənara çıxdığınızı nəzərə alsaq, yəqin ki, Azərbaycanda legioner həyatı yaşamaq sizin üçün ikiqat məsuliyyət tələb edəcək...

- "Qəbələ"yə keçdiyim üçün şadam. Bu klubun uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İşimə məsuliyyətlə yanaşıram.

- Yeni klubunuz barədə nə bilirsiniz?

- "Qəbələ"dən təklif alan kimi Filip Ozobiçlə əlaqə saxladım. Əvvəllər onunla birgə oynamışdım. O, mənə komanda, şəhər barədə ancaq xoş sözlər söylədi. Mən də razılıq vermək qərarına gəldim.

- Roman Qriqorçuku tanıyırdınız?

- Artıq yeni klubumda bir neçə məşqə çıxmışam. Yeni komanda yoldaşlarımla, məşqçilərlə tanış olmuşam. Qriqorçukla çalışacağım üçün şadam.

- "Qəbələ"nin hansısa oyunlarına baxmısınız?

- Yalnız "Maribor"la görüşləri izləmişəm. "Qəbələ" hər iki matçda çox yaxşı oynadı.

- Qrup mərhələsində "Sent-Etyen" "Anderlext" və "Maynts"la qarşılaşacaqsınız. Qrupdan çıxmaq şansınız var?

- Çox çətin qrupa düşmüşük. Amma həyatda hər şey mümkündür. Uğurlu nəticə qazanmağa çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək.

- Əsas heyətdə oynamaq şanslarınızı necə qiymətləndirirsiniz?

- Klubda yaxşı futbolçular çoxdur. Amma mən də özümə güvənirəm.

- Azərbaycan çempionatında oynamaq necədir?

- Çempionatda çıxış edəcəyim günü səbrsizliklə gözləyirəm. Azərbaycan Premyer Liqası barədə bildiklərim var. Əvvəllər də ölkənizin "Qarabağ", "Neftçi", "İnter" kimi klublarını tanıyırdım.  (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail