Robert Prosineçki: "Nəyə görə belə olduğunu deyə bilmərəm" - MÜSAHİBƏ

04.09.2016 | 3755 dəfə oxunub

"Mənim komandam rəqibdən üstün idi və bunu bugünkü oyun sübut etdi. 90 dəqiqə üstünlük bizdə idi. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüflər olsun ki, qol şanslarından kifayət qədər istifadə edə bilmədik. Diqqətləri qarşıdakı çətin oyuna yönəltmək lazımdır".

Stadium.Az xəbər verir ki, bunu millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin San Marino ilə oyundan sonra (1:0) təşkil olunmuş mətbuat konfransında deyib.

Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb

- Xeyli sayda qol imkanı boşa verildi. Bunu necə izah edə bilərsiniz?

- Nəyə görə belə olduğunu deyə bilmərəm. Çətin vəziyyətdə Qurbanov qol vurdu, amma asan vəziyyətlərdən istifadə edə bilmədik. Bunun üzərində işləyəcəyik. Əsas odur ki, qələbə qazandıq və tsiklə üç xalla başladıq. Üstünlüyümüzü 90 dəqiqə sübut etdik. Növbəti oyun Norveçə qarşı olacaq.

- Böyük futbolçu olub, böyük klublarda çıxış etmisiniz. Nə vaxtsa Əfran İsmayılov kimi oynamısınız?

- Mən ondan yaxşı oynamışam. Ancaq deməzdim ki, zəif oynadı. Ruslanın qolunda ötürməni o verdi. İstedadlı futbolçudu.

- Ramil Şeydayevlə  Emin Mahmudovun çıxışını necə dəyərləndirirsiniz?

- Eminlə bağlı danışmışam və bu səbəbdən bu gün ona daha çox şans verdim. Şeydayev də gənc futbolçudur. Hər ikisi az oynadı. Emin yaxşı top saxlayır və açılır. Ötürmələri də yaxşıdır. Ramil isə deyəsən 4-5 dəqiqə oynadı. Amma ümumiyyətlə razı qaldım.

- Qədim zamanlarda Pir adlı sərkərdə vardı. Həmin sərkərdə məğlubiyyətə bərabər qələbələr qazanırdı. Bu qələbәni "Pir qələbəsi" adlandırmaq olar?

- Bilirdim ki, bizi çətin oyun gözləyir. Rәqib zəif olsa da, azlıqda qalsalar da... Ancaq qələbə qazandıq. Lakin çox sevinmək lazım deyil. Rəqibi azlıqda qalmağa biz məcbur etdik.

- Milli komandanın qol imkanlarını boşa verməsi növbəti oyunlarda əlehinizə işləyə bilər. Bu problemi aradan qaldırmaq üçün nə etmək fikrindəsiniz?

- Bütün oyunlar bizim xeyrimizə 1:0 bitsə, kifayətdir. Ancaq bu fikirlə razıyam. Hücumçu qol hissiyatı ilə doğulmur. Belə olsa, hər kəs İbrahimoviç olardı. Məşqlərdə bunun üzərində işləyəcəyik. Hücumçu doğulanda isə uşaqlıqdan bu hissiyat insanda olur. Bunun üzərində işləmək lazımdır.

- FİFA Dəniz Yılmazın Azərbaycan bayrağı altında oynamasına icazə verib. Bu haqda nə deyə bilərsiniz?

- Dəniz Yılmaz "Bursaspor"da çıxış edir, amma indi zədəlidir. O ümid edirdi ki, Türkiyə millisində çıxış edəcək, amma Fatih Terim onu çağırmadı. Sözsüz ki, bu cür futbolçunun bizim komandada çıxış etməsi sevindiricidir.

- Norveçlə qarşılaşmada qələbəyə söz verirsiniz?

- Sonuncu dəfə Norveçlə oyunda Azərbaycan ən yaxşı çıxışını nümayiş etdirdi. Üstəlik bu oyun səfərdə olub. Növbəti ayda da rəqib eyni komandadır. Ancaq üzərimizdə işləyəcəyik və əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail