Zabit Səmədov filmə çəkilir - MÜSAHİBƏ

09.09.2016 | 3100 dəfə oxunub

Azərbaycanlı K-1 ustası Zabit Səmədov ötən gün Bakıda pərəstişkarları ilə görüşüb. Stadium.Az xəbər verir ki, Zabit görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

- Dünya çempionluğu döyüşündə ilk raundda rəqibə nokautla qalib gəlib çempion oldunuz. Bu, öncədən düşünülmüş taktiki gediş idi, yoxsa?

- Gözləmədiyim qədər tez bir qələbə oldu. Bunu bilmək olmur ki, neçənci raundda qələbə qazanacaqsan, ya da nokautla qalib gələcəksən.

- Badr Hari ilə yenidən döyüş mümkündürmü?

- Hələ ki, elə bir fikir yoxdur. Badri Harinin dekabrın 12-si döyüşü olacaq, qalib gəlsə, mən tərəfdən elə bir təklif ola bilər.

- Dünya çempionluğunu ən böyük nailiyyətin kimi qəbul etmək olarmı?

- Açığı, məndə elə bir istək olmayıb ki, çempionluq kəmərlərim çox olsun. Çalışmışam ki, güclü döyüşçülərlə döyüşəm. Avropa və dünya çempionluğu o qədər də önəmli deyil. Əsas odur ki, güclü döyüşçülərlə döyüşüm. 

- Katalin Moroşanuya ilə döyüşdən bir gün öncə, o, sizə aqresiv davranmışdı. Döyüş zamanı bu amil sizə təsir etdi?

- Xeyr. Məni bir az güldürdü. Elə bir idmançı deyiləm ki, kimdənsə çəkinəm. O, hər döyüşdən əvvəl rəqiblərinə qarşı elə hərəkətlər edir. Nəticə göz qabağındadır.

- Karyeranızda ən yadda qalan döyüş hansı olub?

- Karyeramda çox vacib döyüşlər olub. Bunların qeyd etmək istəmirəm.

- Katalin Moroşanuya qalib gəlmək necə bir hisdir?

- Onu yaxşı tanıyıram. 10 ildir K-1 də vuruşuram, özü də ağır çəkidə. Onunla görüşmüşük və rəqiblərimiz başqa rəqiblər olub. Yaxın münasibətimiz olub, bir yerdə hazırlaşmışıq döyüşə.

- Azərbaycanlı məhşurlardan kimsə sizi təbrik etdi?

- Bəli, təbrik etdilər.

- Katalin Moroşanu güclü idmançıdır. Siz onunla döyüşdə çox rahat idiniz...

- Katalin güclü döyüşçüdür və ağır zərbələri var. Katalinin rəqibləri qüvvətli olub və onlara nokautla qalib gəlməyi bacarıb. Mən o zərbələri hiss edirdim və qaçmağı bacarırdım.

- Bir çox döyüşçülər filmlərə çəkilir. Sizin belə belə bir fikriniz varmı?

- Var. Ola bilər, bu yaxınlarda bir filmdə çəkildim.

- Bəs, Azərbaycanda öz məktəbinizi yaratmaq, öz tələbələrinizi yetişdirmək fikriniz var?

- Bəli, bu mənim böyük arzumdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail