"Kimisə qorxutmaq fikrimiz yoxdur" - ALMEYDA - MÜSAHİBƏ

10.09.2016 | 3238 dəfə oxunub

“Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu yüngül məşq hesab etmək olar?

- Yaxşı nəticə əldə etdiyimizi demək olar. Məşqçimizin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdik və gözəl nəticə alındı. Amma oyunu yüngül məşq hesab etmək olmaz. Kənardan asan görünə bilər, amma hər oyun çətindir.

- Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibiniz olan "Slovan"ının məşqçisi də  bu oyunu canlı izlədi. Sizcə, onun gözünü qorxuda bildiniz?

- Bu haqda məlumatlı deyildim. Kimisə qorxutmaq fikrimiz yoxdur. Bu gün şanslarımızı maksimum şəkildə dəyərləndirdik.

- "Slovan"ın məşqçisi Yaroslav Köstl sənin oyununu bəyəndiyini dedi.

- Hər futbolçu oyundan-oyuna daha da artırmalıdır. Meydanda öz işimi görürəm. Bizim öz dəst-xəttimiz var. Qapıçı müdafiəçiələrə, müdafiəçilər də mərkəz xəttə kömək edir. Qurban Qurbanov bizdən hər oyun daha da artırmağı tələb edir. Rəqib məşqçinin haqqımda xoş sözlər deməsinə sevinirəm.

- Çexiya klubu ilə "Dalğa Arena"da oynamalı olacaqsınız. Bu barədə nə deyə bilərsən?

- Biz Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq istəyirdik. Amma qazonun vəziyyəti bizim bu istəyimizə mane olur. Elə də ciddi fərq yoxdur. Sadəcə, azarkeş sayı az olacaq və əvvəlki atmosferi görməyəcəyik.


- Avropa Liqasının qrupundan çıxmaq şansınızı necə dəyərləndirirsən?

- Qrupumuz elə də asan deyil. Avropa Liqasında zəif rəqib olmur. Öz oyunumuzu nümayiş etdirəcəyik. İstəyirik ki, uğurlu nəticə əldə edək.

- “Fiorentina” qrupun favoritidir. Digər komandaların şansı necədir?

- Təbii ki, “Fiorentina” favoritdir. Bütün komandalar mübarizə aparacaq. Zəif rəqib yoxdu. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail