Roman Qriqorçuk: "Yaxşı nəticə bizə yaxşı əhval gətirdi" - MÜSAHİBƏ

10.09.2016 | 2947 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turunun oyununda səfərdə "Neftçi"yə 8 cavabsız qolla qalib gələn "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: 

 - Razıyıq ki, 3 xal qazandıq. Yaxşı oynadıq. Çox pozitivəm. Biz həmişə yaxşı, qollu nəticəyə köklənirik. Bu, hər dəfə alınmır. Amma bu dəfə bacardıq”.

- “Anderlext”lə oyunöncəsi bu cür qələbə komandada arxayınlaşma yarada bilərmi?

- Yaxşı nəticə bizə yaxşı əhval gətirdi. Pozitivik. Belə halda öyrənmək daha yaxşıdı. Düşünürəm ki, bu, futbolçulara yaxşı təsir göstərəcək.

- Komandanızı oyuna necə kökləmişdiniz?

- Birinci hissədə 3:0-dan sonra bir balaca “boşalma” oldu. Amma sonra futbolçularım özlərinə qayıtdılar. Bu cür qələbə yaxşı emosiya yaradır. Ağıllı insanlar bu vəziyyətdən yararlanıb, inkişaf edirlər.

- Sizcə, bu gün “Neftçi” çox zəif idi, yoxsa “Qəbələ” yaxşı oynadı?

- Rəqibin oyununu dəyərləndirmək mən tərəfdən düz çıxmaz. Öz komandamla bağlı onu deyə bilərəm ki, yaxşı oynadıq. Amma bununla bərabər səhvlərimiz oldu.

- “Anderlext”lə oyunöncəsi əsas heyətin heç bir üzvünü qorumadınız. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Bizdə heç nə dəyişməmişdi. Heyətdə həmişə layiq olan futbolçulara yer veririk. Bizim bu yanaşmamız heç vaxt dəyişməyəcək.

- Yeni transferlər – Ruslan Qurbanov və Pranyiçin çıxışından razı qaldızmı?

- Mən bütün oyunçulardan razı qaldım. Futbolçuları ayırmaq istəmirəm. Düzdü, onların oyununu ayrı-ayrılıqda təhlil edəcəyik. Amma elə məqamlar oldu ki, futbolçular onları düzəltməlidilər.

- “Anderlext”lə səfər matçında hansı nəticəyə ümid edə bilərik?

- Etiraf edim ki, rəqibin oyunlarına artıq baxmışam. Çünki bilirdim ki, “Neftçi” ilə matçdan sonra “Anderlext” haqda məlumat toplamağa vaxtım çatmayacaqdı. Məlumat o qədər çoxdu ki, “Neftçi” ilə oyuna hazırlaşmaqla yanaşı, onların oyunlarını izləmişəm. Amma hələ də onların matçlarına baxmalıyam



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail