Fariz Nəcəfov: "Nəticəni belə gözləmirdik" - MÜSAHİBƏ

10.09.2016 | 2710 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turunun oyununda səfərdə “Neftçi”ni 8 cavabsız qolla darmadağın edən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun və hesab haqqında nə düşünürsüz?

- Bizim üçün əsas olan qələbə qazanmaq idi. Nəticəni belə gözləmirdik. Hesabın o qədər önəmi yoxdu. Əsas lazım olan 3 xalı qazandıq. İki komandadan biri qalib gəldi ki, güclü olan biz idik və biz sevindik. “Neftçi”yə gələcək matçlarda uğurlar arzulayıram.

- Bu qədər böyükhesablı qələbəni Avroliqa öncəsi rəqibə göz dağı vermək kimi dəyərləndirmək olarmı?

- Xeyr elə düşünmürəm. Əsas məqsəd 3 xaldı, yenə deyirəm. Ancaq istənilən hesabda komandanın öz oyun prinsiplərinə sadiq qalması məni sevindirir.

- Sualı tərsinə verək. Belə böyükhesablı qələbə “Anderlext”lə oyun öncəsi komandada rahatlıq, eyforiya yaratmaz ki?

- Xeyr. Tamam fərqli oyunlardı. Komanda hər matça başqa motivasiya ilə çıxır.

- Rəqibin zəifliyi göz qabağındadı, nəticəni nəzərə almasaq, “Qəbələ”nin çıxışı qane elədi sizi?

- Mən bayaq da dedim. Kimə qarşı oynamağımızdan, hesabın neçə olmasından asılı olmayaraq komandanın oyun üslubu dəyişmir. Bu da məni sevindirir.

- Tarixi, kökü olan bir komandanın bu hala düşməsi, belə uduzmasına görə onlara yazığınız gəldi?

- Xeyr. İki komandanın mübarizəsində biri uduzub. “Neftçi”yə uğurlar arzulayıram, inanıram ki, vəziyyətdən çıxa biləcəklər.

- Çingiz Abdullayev hər dəfə qeyd edir ki, “Neftçi” ardıcıl 5 dəfə ölkə kubokunun finalına çıxıb. Bunu ikisində “Qəbələ”ni yolundan kənarlaşdırıb. Bu həmişə böyük bir uğur kimi qələmə verir...

- Çingiz Abdullayevin fikirlərinə böyük hörmətlə yanaşıram. Yəqin statistikanı, faktı deyir. Olmuş bir şeydi, normal qarşılayırıq. Burda nə var ki?

- Dünən “Qarabağ”ın, bu gün isə “Qəbələ”nin darmadağınla qalib gəlməsi sizi narahat etmir ki? Çempionatda rəqabət yox kimidir.

- Sössüz ki, çempionatda nə qədər güclü komanda olsa, rəqabət nə qədər böyük olsa, inkişaf baxımından o qədər yaxşıdır. Ancaq bu gün reallıq budur və biz bunu qəbul etməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail