Qara Qarayev: "Orda özümüzü daha rahat hiss edirik" - MÜSAHİBƏ

15.09.2016 | 3135 dəfə oxunub

"Qarabağ"ın aparıcı futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Slovan"la "Dalğa Arena"dakı oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Mediada və azarkeşlər arasında fikir var idi ki, tanınmayan komandadı, mütləq qələbə qazanmalıyıq. Ancaq bu oyun göstərdi ki, qarşıdakı oyunlarda da bizə asan olmayacaq.

- Stadionun ot örtüyünün ağırlığı nəticəyə təsir etdi?

- Belə düşünmürəm. Amma stadionun ot örütüyündə problemlər vardı.

- Azarkeş də az idi...

- Stadionun azarkeş tutumu az olsa da, tribunlar dolmamışdı. Amma düşünürəm ki, oyun Respublika Stadionunda olsaydı daha çox azarkeş bizi dəstələyəcəkdi və nəticə də başqa cür ola bilərdi. Təbii ki, bəlkə də. Çünki Respublika stadionundakı oyunlara daha çox alışmışıq. Orda özümüzü daha rahat hiss edirik.

- Dino Ndlovu hələ də “Qarabağ”ın oyununa öyrəşə bilməyib?

 - Ola bilər ki, uyğunlaşması hələ tam deyil. Bunu aradan götürmək üçün məşqlərdə daha çox çalışır. Bunu da hamı görür. Düşünürəm ki, növbəti oyunlarda belə çətinlik yaşamayacaq.

- Düşünmürsən ki, çexlərə qarşı bəxtimiz gətirmir. Həm komandalar, həm də hakim...

- Bəxtsizliyi bizə Zelinka “İnter”lə oyunda yaşatdı. Ancaq səfərdən qələbə ilə dönəcəyimizi düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail