Rəşad Sadıqov: "Orada oynamağa gücüm çatmaz" - MÜSAHİBƏ

16.09.2016 | 9865 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Son dəqiqədə məğlubiyyətdən qurtuldunuz...

- Sözün düzü, necə oyun gözləyirdiksə, elə də  keçdi. Rəqibin bizi yaxşı analiz etdiyini bilirdik.  Onların üslubu mərkəzdə yaxşı oyun sərgiləməkdir. “Slovan”  rəqibə hücum qurmağa imkan vermir və əks hücumlar qurmağa çalışırdı. Gözlənilməz bir qol buraxdıq. Oyunun gedişində istədiyimiz kimi kəsərli hücumlar qura bilmirdik. Oyun orta səviyyədə keçirdi. Həm biz, həm də rəqib topa yaxşı nəzarət edirdi. İlk hissədə ehtiyatlı oynamağa çalışdıq. Amma ikinci hissə başlayan kimi məşqçimizin tapşırığı ilə irəli atıldıq. Qələbə qolunu vurmaq istəsək də, xeyli sayda qol imkanlarını qaçırdıq. İkinci qolu da gözlənilməz kobud səhvdən sonra buraxdıq. Şükürlər olsun ki, son dəqiqələrdə hesabı bərabərləşdirə bildik.
 
- Demək olar ki, hər oyunda qol vurursan. Olmaz ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayasan?

- Orada oynamağa gücüm çatmaz. Düzdü, hər bir futbolçu irəlidə oynamaq istəyər. Amma bunu bacarmaq da lazımdı. 
 
- Bu oyunda millimizin "künc zərbəsi” taktikasından istifadə etmədiniz.

- İlk hissədə başqa formada etməyə çalışsaq da, qapıçı həmin topu çıxarmağı bacardı. 
 
- Qrup mərhələsinə başlanğıcı necə qiymətləndirmək olar?

- Ümumilikdə yaxşı dəyərləndirmək olar. Hesab 2:1 olandan sonra fikirləşdim ki, artıq bizim üçün hər şey bitdi. Düşünürdüm ki, bundan sonra durumu dəyişmək çox çətin olacaq. Elə hesab edək ki, biz bir xal qazandıq, amma rəqib iki xal itirdi. Bunu nəzərə alsaq, fikrimcə, yaxşı qurtardıq. 
 
- 90 dəqiqəni fikirləşsək, "Qarabağ”ın 2 xal itirdiyini söyləyə bilərik. Çünki boşa verilən qol imkanları çox idi...  

- Ümumiyyətlə, çox qol imkanları yaradırıq və qapımızda kobud səhvlər sayəsində qol buraxırıq. İki qoldan başqa rəqibin hər hansı kəsərli hücumu olmadı. Buraxdığımız hər iki qolda kobud səhvimiz oldu. 
 
- "Qarabağ” “Fiorentina” ilə oyundan nə gözləyir?

- Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Düzdü, qarşımıza qrupdan çıxmaq hədəfi qoymamışıq. Hədəflər həmişə futbolçuları psixoloji təsir altına salır. Hədəf hər  oyuna ciddi şəkildə köklənməkdi. 
 
- Bu gün Respubilka stadionuna qayıtmağı arzuladınız?

- Biz bu gün Respublika stadionunda oynamaq istəyirdik. Ancaq orda oynamağa bizə icazə vermədilər. Halbuki, bu gün həmin arenada qazonun durumu pis deyildi.Təəssüflər olsun ki, icazə vermədilər. Ev oyunun üstünlüyü matçı öz doğma meydanında oynamağındadı. Fikirləşirəm ki, "Dalğa Arena”da da pis oynamadıq. 
 
- Çexiya komandalarının digər komandalardan fərqli cəhətləri nədir?

- Ümumiyyətlə, cavan yaşımdan Çexiya komandalarından zəhləm gedir. Bu gün həm Çempionlar Liqasında, həm Avropa Liqasında, həm də milli səviyyəsində çexlərlə düşmüşük. Onlara qarşı oynamaqdan zəhləm gedir. Çünki oynamağa imkan vermirlər və özləri çox yaxşı əks hücumlar yaradırlar. Demək olar ki, əlimizi-qolumuzu bağlayırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail