Səlahət Ağayev: "Neftçi”nin belə tez toparlanacağını gözləmirdim"

19.09.2016 | 3374 dəfə oxunub

"İnter"in qapıçısı Səlahət Ağayev Premyer Liqanın V turunda "Neftçi" ilə  keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Son dəqiqələrdə qələbə qazandınız...
- Əlbəttə ki, bizim üçün 3 xal çox vacib idi. Bəlkə də "Neftçi”nin ötən turda aldığı böyükhesablı məğlubiyyət bizdə arxayınlıq yaratmışdı. Biz bunu sonradan dərk etdik. Bu oyunda uduza da bilərdik. Ancaq uşaqların əzmkar mübarizəsi qələbə qazanmağımıza səbəb oldu.

- Hakimin penalti qərarı düzgün qərar idi?
- Bunu şərh etməyə dəyməz. Təmiz penalti idi.

- “Neftçi”nin ötən tur böyükhesablı məğlubiyyətindən sonra çətin qələbə qazanacağınızı gözləyirdiniz?
 - Yenə deyirəm, bizdə son anlara qədər arxayınçılıq var idi. Əslində "Neftçi”nin belə tez toparlanacağını gözləmirdim. Şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq.

- Hesabda geri düşdüyünüz zaman qələbəyə inam var idi?
- Düzü, gözləmirdim. Amma inam var idi. Belə bir vəziyyətdə bərabərlik də bizim üçün böyük nəticə olacaqdı. Qələbə qazandıq və qələbəni xüsusi sevinclə qeyd etdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail