"Futbolçuya dəstək lazımdır və nəticəsini də gördük"

19.09.2016 | 2787 dəfə oxunub

"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının V turunda "Neftçi" ilə keçirilən oyundan sonra  təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin oyun oldu. Bilirdik ki, "Neftçi" böyükhesablı məğlubiyyətdən sonra toparlanacaq. Rəqib bütün komanda ilə hücum edirdi. İlk hissədə komandada nəsə eniş oldu. Ancaq son 20-25 dəqiqədə komanda toparlandı. Bundan sonra qalib gəldik. "Neftçi" yaxşı komandadır və düşünürəm ki, həmin 0:8 hesablı məğlubiyyət təsadüf idi.

- "Neftçi"nin yaxşı komanda olduğunu bildirdiniz. Düşünmürsünüz ki, "İnter" qola qədər "yatmışdı"...

- Bəli elədir. Mən fasilədə də futbolçularla bunu danışdım.

- Rəqibi oyundan öncə analiz edəndə ola bilər ki, futbolçular "Neftçi"ni düzgün qiymətləndirməmişdi?

- "Neftçi" ilə oyundan öncə 0:8 hesablı oyunu analiz etməmişdik.

- Ruslan Abışov və Nizami Hacıyevi niyə sonradan oyuna daxil etdiniz?

- Onlar sadəcə olaraq hazır deyildi. Bu gün səhər İlkin Qırtımov mənə ayağında ağrısının olduğunu dedi və bu səbəbən o da ehtiyat oyunçular skamyasında əyləşməli oldu.

- Penalti epizodunu necə dəyərləndirirsiniz?

- Penalti epizodunu görməmişəm. Bu səbəbdən nəsə deyə bilmərəm.

- Məğlubiyyətə baxmayaraq "Neftçi"nin yaxşı komanda olduğunu qeyd etdiniz. Hansı keyfiyyətlərinə görə?

- Orada yaxşı futbolçular var.

- Pərdisi vəziyyətdən asılı olaraq meydana buraxırsınız. Demək olar ki, ona xilasedici gözü ilə baxırsınız?

- "Qarabağ"la, "Sumqayıt"la oyunda xilasedici qollar vurub. Qarşıdakı oyunlarda onun start heyətində meydana buraxılmasını düşünmək olar.

- Rauf Əliyevin ikinci qol sevinci uzun çəkdi. Orada zədə almışdı, ya nəsə baş verdi?

- Zədə yox idi. Sadəcə uzun müddət idi qol vura bilmirdi. Bu səbəbdən bir az uzun çəkdi. Onun oyununun uzun müddətdir alınmadığını bilirdik. Futbolçuya dəstək lazımdır və nəticəsini də gördük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail