Qurban Qubanov: "Rahid çoxdan hazırdır" - MÜSAHİBƏ

19.09.2016 | 3719 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turunda "Zirə" ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun pis alınmadı. Sonluğa baxanda 2:0 hesablı qələbə yaxşı nəticədir. Oyun düşündüyümüz kimi alındı. “Slovan”la matçdan sonra bəz futbolçularımızın mikro zədələri var idi. Buna görə də, risk etmək istəmədim. Meydana çıxan oyunçulardan da tam razı qaldım.

- Bədavi Hüseynovun zədəsi nə yerdədi?

- Fərdi məşqlərə başlayıb. Ya sabah, ya birisigün kollektivlə birgə məşqlərə qoşulacaq. “Kəpəz”lə oyuna hazır olacaq. Həmin görüşdə 90 dəqiqə oynayıb-oynamayacağını bilmirəm.

- Qara Qarayevi bu gün müdafiənin mərkəzində oynatdınız. Həmin mövqedə necə təsir bağışladı?

- Qaranı bəzi yoxlama görüşlərində o mövqedə yoxlamışıq. Orda da oynamaq gücündədir. Müdafiənin mərkəzi Qara üçün tanışdır. Bəzən məşqlərdə, ikitərəfli oyunda da onu bu mövqedə yoxlayırıq.

- Bu görüşdə dubl edən Rahid Əmirquliyev əvvəlki oyununu tam bərpa edibmi?

- Rahid çoxdan hazırdır. Artıq neçə oyundur ki, çempionatda əsas heyətdə meydana çıxır. Sadəcə, bəzi nüanslar var ki, hər dəfə meydana buraxa bilmirəm. Çoxdan hazırdır. Tam öz oyununu bərpa etməsi üçün oyun praktikası lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail