Prosineçki: "Mən bilmirəm hazırkı “Neftçi”ni kim dirçəldə bilər" - MÜSAHİBƏ

19.09.2016 | 3955 dəfə oxunub

Millimizin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 5-ci turunun "Qarabağ" - "Zirə" oyununun fasiləsi zamanı jurnalistlərin suallarını cavablandırıb:

- Norveç və Çexiya ilə oyunöncəsi planınız necədi?

- Ayın 3-dən təlim-məşq toplanışımız başlayacaq. Çünki ayın 2-də bəzi futbolçularımızın oyunları var. Məsələn, Pavel Paşayevin, Dmitri Nazarovun görüşləri var. “Qəbələ”nin də ayın 2-də oyunu var. Buna görə təlim-məşq toplanışı ayın 3-də başlayacaq.

- Son turlarda Rauf Əliyev, Ağabala Ramazanov, Vaqif Cavadov yaxşı tərəfdən özünü göstərir. Bu futbolçuları milliyə dəvət edəcəksiz?

-Heyəti böyük ölçüdə müəyyənləşdirmişəm. Ancaq əlavə edə bilərəm. Siz həmin futbolçuların oyununa tam baxmısız? Məncə, ancaq epizodları izləmisiz. Rəqiblərimiz güclüdür. Heyəti müəyyənləşdirsəm də, zədələr ola bilər. Rauf  dünən 2 qol vurdu, ancaq məncə, hələ tam hazır deyil.

-Elxan Abdullayevin “Neftçi”yə keçidi barədə nə deyə bilərsiz?

-İstəyirsiz, sizə düzünü deyim. Mən bilmirəm hazırkı “Neftçi”ni kim dirçəldə bilər. Bu komandanın son oyunlarının yaınız hesablarını bilirəm. Əlbəttə, istəyərdim Elxan Abdullayevin komandaya xeyri dəysin. Dünənki oyuna baxdım və az da olsa, dəyişiklik gördüm.

-Belə başa düşdüm ki, “Neftçi”dən heç kimi milliyə çağırmayacaqsız...

- Bir də deyirəm, “Neftçi”nin oyununa baxdım. Bu komandanın oyunçuları fiziki cəhətdən hazırlıqlı deyil. “Neftçi”nin özünə gəlməsi üçün bir neçə il lazımdır. Siz “Neftçi”nin oyununu izləmirsiz? Elə bil fərqli oyunlara baxırıq.

- Bir müddət öncə sizdən “Den Boş”da oynayan Ziya Əzizov barədə  sual versəm də, onun barəsində heç nə bilmədiyinizi demişdiz. Ancaq bu futbolçu artıq U-19 millisinə çağırılıb.

- Mən onun barəsində bilməyə məcbur deyiləm. Hamı haqda məlumat toplaya bilmərəm.

- Deniz Yılmaz milliyə çağırılacaq?

- Onun zədəsi var. Deniz Yılmaz səviyyəli oyunçudur. O, Türkiyənin 5-ci ən güclü komandasında top qovur. Türkiyə çempionatının səviyyəsi hamınıza məlumdur. Federasiya onunla mən hələ millidə çalışmamışdan öncə maraqlanırdı. Səviyyəli futbolçudu. Fikrimcə, onun yığmaya faydası dəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail