Kamran Ağayev: "Heç kimi tənqid etmək istəmirəm" - MÜSAHİBƏ

21.09.2016 | 3042 dəfə oxunub

Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayevin müsahibəsi:

- Portuqaliyada işləriniz necədir?

- Hələ tam alışmamışam. Məsələ burasındadır ki, burada hamı ingilis dilini bilmir. Çox az adamla ünsiyyət qura bilirəm. Klub mənim üçün portuqal dilini öyrətməyə müəllim tutub. Artıq bir həftə olar öyrənirəm. Çünki portuqal dilini bilməsəm, burada mənə çətin olacaq. Əsasən də futbol terminlərini öyrənirəm. Bildiyiniz kimi, meydanda danışmağı sevirəm. Bunun üçün isə portuqal dilini bilməyim vacibdir.

- Sizi klubda necə qəbul etdilər?

- Normal qarşıladılar. Özümü yaxşı hiss edirəm.

- Sizdən öncə bu kluba keçən Emin Mahmudovun yəqin ki, köməyi çox dəyər...

- Yeri gəlmişkən, o da portuqal dilini öyrənir. Fikrimcə, ikimiz də burada uğur qazana biləcəyik. Xüsusən də Emin çox gəncdir və ona daha çox vaxt lazımdır.

- Son turda heç biriniz meydana çıxmadınız və komandanız uduzdu. Qarşıdakı "Portu" ilə oyunda da belə olacaq?

- Emin barədə dəqiq bir söz deyə bilmərəm. Amma mənim zədəm olmasa, meydana çıxacağam. Artıq iki həftədir buradayam və hazırlaşıram.

- Sizə elə gəlmir ki, "Portu" sizin debütünüz üçün heç də uyğun rəqib deyil?

- Belə şeylərə fikir verməməyə çalışıram. Mən komandaya kömək etmək üçün buradayam. Çətin olacağını bilirəm. "Portu" daha çox hücum edəcək. Amma unutmayın ki, mən elə ən yaxşı oyunlarımı da daha güclü komandalara qarşı keçirmişəm. Portuqaliya, Almaniya yığmaları ilə görüşlər, və sair. Bir sözlə, buna alışmışam.

- Deməli, "Portu" ilə oyunda sizi meydanda görəcəyik?

- Qeyri-adi nəsə olmasa, bəli. "Portu" bu ölkənin ən böyük klublarından biridir. Onlarla görüş çətin olacaq. Amma ümid edirəm ki, debüt matçımda uğur qazana biləcəyik.

- Rəqabət baxımından problem yoxdur?

- Buraya ehtiyatda oturmaq üçün gəlməmişəm.

- Azərbaycan və Portuqaliya futbolu arasında nə kimi fərqlər olduğunu hiss etmisiniz?

- Heç kimi tənqid etmək istəmirəm (gülür). Portuqaliya futbol ölkəsidir. Düzdür, Azərbaycan futbolu son illərdə beynəlxalq arenada öz sözünü deməyə başlayıb. Maliyyə böhranına rəğmən, klublarımız uğurlar qazanırlar. Amma istənilən halda hələ Portuqaliya ilə müqayisə oluna bilmərik.

- "Boavişta" sizin üçün tramplin rolunu oynaya bilər?

- Əslində elə bu klub da karyeramı davam etdirmək üçün heç də pis variant deyil. Hazırda yalnız bu komandada uğur qazanmaq barədə düşünürəm. Amma gələcəkdə hər şey ola bilər. Fürsətdən istifadə edib "Sumqayıt"a da təşəkkürümü bildirirəm ki, mənə dəstək oldular. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail