Kamran Ağayev: "Porto”nun da ad-sanından çəkinmirdim" - MÜSAHİBƏ

26.09.2016 | 5176 dəfə oxunub

Portuqaliyanın “Boavista” klubuna keçən və son turda “Porto”ya qarşı oyunda meydana çıxan milli komandamızın qapıçısı Kamran Ağayev müsahibə verib:   

- Portuqaliya çempionatında ilk dəfə meydana çıxdın. Güclü “Porto”ya qarşı oyunda özünü necə hiss etdin?

- Öncə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Mənim üçün heç bir rəqibin adı önəmli deyil. Hansı komandaya qarşı oynasam, əlimdən gələnin ən yaxşısını edirəm. “Porto”nun da ad-sanından çəkinmirdim. Bütün oyunu da meydana çıxıb bacardığım qədər oynadım. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Təəssüf ki, uduzduq. Amma növbəti oyunlarda qələbəyə ümid edirəm.

- Sizin üçün tamam fərqli futbol ölkəsidir. Uyğunlaşa bilmisiz?

- Bura futbol oynamağa gəlmişəm. Mənim üçün heç bir ölkənin fərqi yoxdur. Əgər bu gün “Boavişta”nın formasını geyinirəmsə, olduğum ölkəni deyil komandanı düşünürəm, uğur qazanmağı düşünürəm. Gələn oyunlarda da meydana çıxacam, əlimdən gələni edəcəm.

- Millimizin üzvü Emin Mahmudov da “Baovista”dadır. Amma o, hələ ki, debüt edə bilməyib...

- Eminlə ayrı-ayrı yerlərdə qalırıq. Amma belə tez-tez görüşürük. Bir yerdə oturub komanda barədə, futbol barədə söhbətlər edirik. İnanıram ki, onun da karyerası burda uğurlu alınacaq.

- “Porto”ya qarşı oyundakı çıxışınız necə qarşılandı?

- İdmanda heç kim məğlubiyyətdən, səhvdən sığortalanmayıb. Ona görə də pis heç nə düşünmürəm. Gələcəyə baxıb oynamaq haqqında fikirləşirəm. Daha yaxşı çıxış etmək və komandama uğur gətirməyi düşünürəm.

- Sonuncu qoldakı səhvini bir neçə ay futbolsuz qalmağınızla əlaqələndirmək olar?

- Fikrimcə, yox. Hər zaman məşq edirdim. Sadəcə futboldur səhv etmək olar, mükəmməl də oynamaq olar. Qarşıdakı matçlarda belə şeylərə yol verməmək lazımdır. Səhvlər üzərində işləmək, aradan qaldırmaq lazımdır. Ona görə də çalışıram, məşq edirəm. Ümid edirəm ki, növbəti matçlarda bunlar olmayacaq.

- Debüt oyununda bunu etmək karyeranıza təsir edə bilər?

- Dediyim kimi heç kim səhvdən sığortalanmayıb.

- Son 2 ildə Türkiyə klublarında – “Kayserispor”da, “Karşıyaka”da çıxış etmisiz. Qardaş ölkə çempionatı ilə Portuqaliya futbolu arasında fərqləri çox hiss edirsiz?

- Bilirsiz ki, Portuqaliya Avropanın önəmli futbol ölkələrindən biridir. Həmin fərqləri siz də hiss edirsiz, bilirsiz, görürsüz. Ümumiyyətlə, burda hər şey fərqlənir. Mən Türkiyə, Azərbaycan futbolunu kiçiltmək istəmirəm. Bu haqda çox danışmaq fikrində də deyiləm. Hamıya hər şey aydındır.

- Karyeranızın sonuna doğru legioner həyatı yaşamağa başladınız. Türkiyə çempionatından sonra daha güclü Portuqaliya çempionatına üs tutdunuz. Bundan daha yüksək hədəfiniz haradır?

- Hələ ki, ancaq “Boavista” haqqında düşünürəm. Bundan sonra nə olacaq heç kim deyə bilməz.

- Qapıçılar adətən kayerasının sonuna doğru daha da yüksəlir. Bu bir üstünlükdür...

- Düzdür, qapıçıda təcrübə çoxaldıqca daha yaxşı oynamağa başlayır. Amma bu o demək deyil ki, mütləq karyeran da daha yüksəyə gedəcək. Məsələn, İker Kasilyas “Real”dan “Porto”ya gəlib. Bu o demək deyil ki, o zəifləyib. Əsas odur ki, zədə almayasan. Zədələr karyeanı məhv edir. Ümid edirəm ki, belə halla üzləşməyəcəm.

- Porto ilə matçdan sonra İker Kasilyasla görüşdünüz?

- Yox. Mənim üçün rəqibin heç bir fərqi yoxdur. Rəqibdirsə, fərq etmir ki, qapıda kim durub.

- Ən azından Kasilyas bizim bir çox qapıçılar üçün kumir olub. Bəlkə də ona baxıb çox şey öyrənmisiz...

- Mən dünyanın bir çox adlı-sanlı qapıçıları ilə üz-üzə gəlmişəm. Məsələn, ötən il Canluici Buffonla qarşılaşdıq. İnanın ki, fərq etmir. Onların adına baxıb futbol oynamıram. Hər kəsə qarşı eyni motivasiya ilə çıxış edirəm.

- Sonda milli komanda haqqında. Qarşıda Norveç və Çexiyaya qarşı oyunlar var...

- Bu barədə danışmaq üçün tezdir. Oktyabrın 2-də klubun heyətində növbəti matçım var. Hələ ki, onu düşünürəm. Həm də bilmirəm ki, millinin heyətində olacama, yoxsa yox.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail