"Neftçi"nin futbolçusu: "Allaha and olsun ki, gecə yata bilmirik"

28.09.2016 | 3789 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçında qələbəyə sevinən tərəf qonaqlar olub -2:1. Stadium.Az xəbər verir ki, ardıcıl 5-ci məğlubiyyətdən sonra bakılıların yarımmüdafiəçisi Rəhmən Hacıyev oyunla bağlı fikirlərini bildirib:

- Oyuna yaxşı başlamışdıq. Amma bunun davamını gətirə bilmədik. İndi elə bir atmosferdəyik ki, bundan çıxmalıyıq. Baş məşqçimiz yenidi. Elxan müəllimin gəlişindən sonra yeni taktikada oynayırıq və buna öyrəşməliyik. Bizə müəyyən qədər vaxt lazımdı. Ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq.

- Komanda istəkli olsa da, son anda alınmır. Nə baş verir?

- Qol epizodlarımız olur. Ancaq bunlardan istifadə edə bilmirik. Bu gün də elə oldu. Dediyim kimi, taktikamızı da dəyişmişik. Bütün bunlara öyrəşməli, yaxın vaxlarda toparlanmalıyıq.

-Ruslan Qurbanovun gedişi komandaya təsir etməyib?

-Ruslan "Neftçi”də az qol vurmayıb. O, bizim üçün əhəmiyyətli oyunçulardan biri idi. Düşünürəm ki, komandaya yeni futbolçular da lazımdı. Hazırkı durumda heyətimiz kasaddı.

- Komandadan göndərilməyi düzgün deyildi?

- Əlbəttə düzgün deyildi. Mövsümün ortasında getdi. Həqiqətən də pis təsir etdi.

-Demək istəyirsiniz ki, Qurbanovun komandadan göndərilməsində "Neftçi" rəhbərliyi doğru qərar verməyib?

-Bu, onların qərarıdı. Mən onların qərarına heç nə deyə bilmərəm.

-"Neftçi” çempionatın autsayderlərindən biridi və 5 oyundu məğlub olursunuz. Ümumiyyətlə, hər dəfə məğlub olduqdan sonra nə düşünürsünüz?

-Heç nə... Əlbəttə, məğlubiyyətlər komandaya pis təsir edir. Allaha and olsun ki, gecə yata bilmirik. Bilmirik bu atmosferdən necə çıxaq. İndi Elxan müəllim gəlib, məşqlərdə çalışırıq. Ümid edirik ki, yaxşı olacaq.

-Bu vəziyyətdə sizə psixoloq lazım deyil?

-Yox.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail