Vaqif Cavadov: "Yenə hakimlər barədə danışsaq, bu, boşuna olacaq"

28.09.2016 | 3689 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Stadium.Az xəbər verir ki, qarşılaşmadan sonra "kimyaçlılar"ın futbolçusu Vaqif Cavadov oyun haqda fikirlərini bildirdib.

Təcrübəli futbolçunun müsahibəsini təqdim edirik:

- Oyundan razı qaldınız...

- Çox maraqlı oyun oldu. Fikrimcə, hər iki komanda turnir cədvəlində istənilən yerdə deyildi. Buna görə də ikimiz də qələbə qazanmaq istəyirdik. Bunu daha çox istədiyimizdən qələbə qazandıq. Rəqib haqda da danışmaq istəmirəm".

- Millimizin baş məşqçisi Robert Prosineçki də matçı izləyənlər arasında idi. Bu, sənə əlavə motivasiya verirdi?

- Motivasiyanı mənə ailəm, komandam verir. Çalışıram ki, əlimdən gələni edim, komandama fayda verim.

- Milliyə dəvət gözləyirsən?

- Bu suallar artıq çox verilir. Neçə il millidə canla-başla oynamışam, yığmanın şərəfini qorumuşam. Köməyim lazım olsa, hazıram.

- "Neftçi"nin hazırkı durumu qələbənizdə rol oynadı?

- Mən belə deməzdim. "Neftçi" hər zaman "Neftçi"di. Sadəcə, bu gün "Sumqayıt" güclüdü. 

- "Qəbələ" ilə oyunda da xal qazanmağa çox yaxın idiniz...

- Yenə hakimlər barədə danışsaq, bu, boşuna olacaq. Çünki xalımızı qaytaran olmayacaq. Hər oyun uduzanda bunun bizi təsiri olur. Amma baş məşqçi və uşaqlarla bunun öhdəsindən gələ bildik. Nəticə də göz qabağındadı.

- Sabah İsgəndər Cavadovun 60 illik yubileyi qeyd olunacaq. Nə hədiyyə almısan?

- Əmimdi də. Sabah təbriklərimi ona çatdıracağıq. Arzu edirəm ki, bir ömür yaşasın. Onun kimi əfsanə Azərbaycan futbolunun tarixidi. Məncə, İsgəndər müəllim kimi futbolçu olmaz. 

- Sosial şəbəkələrdə səninlə çox zarafat edirlər. Bunlara reaksiyan necə olur?

- İnandırım səni, heç onlara baxmıram. Bu barədə fikrim də yoxdu. Kim edirsə, Allah onların canını sağ eləsin. 

- Amma hansı hədiyyəni alacağını demədin...

- Hər şeyi var. Sadəcə, can sağlığı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail