Federiko: "Həmişə də qələbə qazanmaq olmur" - MÜSAHİBƏ

02.10.2016 | 3480 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Neftçi” ilə qarşılaşan “Kəpəz” 0:2 hesablı məğlubiyyətə üzüldü. Matç başa çatdıqdan sonra bölgə klubunun braziliyalı futbolçusu Dario Federiko jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun qırılma nöqtəsi kimi matçın ilk hissəsində əldən verdiyiniz qol epizodunu qeyd etmək olar?

- Bunu qırılma nöqtəsi hesab eləmirəm. Sadəcə matçın ilk dəqiqələrində yaxşı köklənə bilməmişdik, ona görə də qapımızda qol gördük, sonra da özümüzə gələ bilmədik və məğlub olduq.

- “Kəpəz”in “Neftçi”yə qarşı oyunları həmişə maraqlı və prinsipial alınır. Bu dəfə də eyni şey gözlənilirdi, ancaq əksi oldu...

- Biz də istəyirdik ki, maraqlı qarşılaşma olsun, ancaq alınmadı.

- Sizdən başqa demək olar ki, bütün komandalar “Neftçi”yə qalib gəldi...

- Çempionatda 8 komanda var, rəqabət güclüdür. Həmişə də qələbə qazanmaq olmur. Bu gün də şans onlar tərəfdə idi, qalib gəldilər. Təbrik edirəm rəqibi.

- Son dəqiqələrdə buraxdığınız ikinci qol haqqında nə deyə bilərsiz?

- Futbolda tez-tez rast gəlinən haldı. Bütün komanda ilə hücuma çıxdıq ki, heç olmasa, bərabərlik qolunu vurub, 1 xal qazanaq. O anda əks hücum oldu, qapıçı bir qərar verməli idi, ya irəli çıxmalı, ya da gözləməli idi. Çıxdı və rəqib qol vurdu.

- Qapıçının səhvi idi?

- Səhv deməzdim. Sadəcə bir qərar verməli idi və nəticə belə oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail