Reynaldo: "Bundan sonra əgər təklif gəlsə, məmnun olaram" - MÜSAHİBƏ

03.10.2016 | 3792 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Qəbələ”yə məğlub olan “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında fikirlərinizi bildirərdiz...

- Çempionatın indiyə qədər olan ən vacib oyunu idi. İlk hissənin əvvəlində qapımızda təhlükə yarandı və rəqib bundan istifadə elədi. Sonradan toparlandıq, topu saxlamağa çalışdıq, ilk hissədə iki dəfə şansımız oldu, fərqlənə bilmədik, ikinci yarıda da həmçinin şanslar oldu, ancaq istədiyimiz qolu vura bilmədik.

- Sanki Reynaldo əvvəlki illərdəki kimi oynamır. Zədədən sonra geriləmə olub. Özünüz necə düşünürsüz bu barədə?

- Zədəli olduğum vaxtları ümumiyyətlə, xatırlamaq istəmirəm. Ancaq əlimdən gələni edirəm ki, “Qarabağ”a kömək edim.

- Meydana sonradan daxil olmağınız nə ilə bağlıdı?

- Bu, baş məşqçinin qərarı idi. Mən həmişə oluduğu kimi məşqlərimi eləmişəm, necə lazımdı, elə də hazır idim.

- Bu gün məğlub olaraq liderdən 6 xal geri düşdünüz. Necə düşünürsüz, “Qəbələ” çempion ola bilər?

- Bu gün “Qəbələ” layiqli şəkildə qələbə qazandı, onlara hörmətsizlik etmək istəmirəm, ancaq 6 xal fərq o demək deyil ki, artıq çempion olublar. Qarşıda hələ çox oyun var. Gələcək oyunların nəticəsinə görə dəyişə bilər vəziyyət.

- Ümumiyyətlə, Rəşad Sadıqovun yoxluğunda müdafiə xəttini necə dəyərləndirirsiz?

- Komandadakı bütün futbolçular start heyətində çıxış etmək üçün çalışırlar. Meydanda çıxış edən oyunçuların hansısa birini digərindən fərqləndirmək düzgün olmazdı. Həmişə ilk 11-də çıxan oyunçular bir-birilərini tanıyırlar, dəyişiklik olanda deməzdim ki, axsama olur, ancaq bəzən müəyyən fərq hiss olunur.

- Artıq 5 ilə yaxındı ki, Azərbaycanda çıxış edir. Bu müddət tamam olandan sonra dəvət gəlsə, millidə çıxış edə bilərmi?

- Azərbaycanda hamı mənə qarşı olduqca yaxşı davranır. Bu ölkədə yaşamaq çox xoşdu. Ancaq mənim üçün ilkin hədəf odu ki, daha çox məşq edim və əvvəlki formamı bərpa edim. Bundan sonra əgər təklif gəlsə, məmnun olaram. Nəyə görə Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail