Kamran Ağayev: "... Azərbaycana qayıdıram"

03.10.2016 | 4589 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Boavişta" klubunun heyətində "Moreyrense" üzərində 2:0 hesablı qələbə qazandıqları Portuqaliya çempionatının VII tur matçından sonra müsahibə verib. 

İlk hissənin ortalarında penalti dəf edən 31 yaşlı qapıçı qələbə təəssüratlarını bölüşüb...

- "Boavişta"da ilk qələbəmi qazandığımız üçün sevinirəm. Evdə azarkeşlərimiz qarşısında qələbə qazandıq. Düşünürəm ki, belə qələbələr çox olar. Komandamıza gələcək oyunlarda da uğurlar arzulayıram.

- "Moreyrense" ilə oyun zamanı penaltini dəf etdikdən sonra komandada əvvəlki qarşılaşmadakından fərqli münasibət görmədiniz?

- Bu, futboldur. Hamı penalti qaytarmağımı normal qarşıladı. Əsas məsələ qələbə qazanmaq idi, onu da bacardıq. Penalti və digər epizodları fərqləndirmək istəmirəm. Oyun 90 dəqiqə olur. Sadəcə, işimizi görürürük.

- İlk rəsmi matçının sonlarında "Portu"nun 3-cü qol epizodunda buraxdığınız kobud səhvdən sonra baş məşqçi Ervin Sançesin Sizə etimad göstərəcəyi sual altına düşmüşdü...

- Bura futbol oynamağa, nəticə qazanmağa gəlmişəm. Böyük futbolda hər şey olur. Baş məşqçi bizi tanıdığı üçün bu komandaya gəlmişik. Mənim haqda yetərincə məlumatı olub ki, dəvət edib. Sadəcə, qısa müddətdə komandaya uyğunlaşmaq asan olmadı. "Portu" ilə oyun mənim üçün uğursuz oldu. Üç top buraxdım. Yəni, sonuncu qola görə demirəm. Ümumiyyətlə qol buraxdığıma görə deyirəm. Futbolda qapıçının səhvi və ya başqa nəsə oldu söhbəti yoxdur. Qol buraxmaq, məğlub olmaq var. İkinci oyunda toparlandıq və lazım olan qələbəni qazandıq. Hansısa epizodu fərqləndirmək istəmirəm.

- Artıq əsas heyət üzvünə çevrildiyinizi düşünmək olarmı?

- Hər kəs kimi mənim də oyunçu tək hörmətim var. Ola bilər ki, ilk oyundan sonra bəzi fikirlər yaransın. Futbolda hər zaman nəsə ola bilər. Heç kim heç nədən sığortalanmayıb. Hələlik vəziyyət pis deyil. Təki zədə olmasın. Düşünürəm ki, gələcəkdə hər şey yaxşı olacaq. Əsas işimizə fikir verməliyik.

- Hazırda komanda daxilində sizə qarşı münasibət necədir?

- Artıq dərəcədə xahiş edirəm ki, komandada mənə qarşı münasibət və bu kimi məsələlər qabardılmasın. Şəxsi suallar bizi üzür. Mənim üzülməyim də yəqin ki, xalqın pisinə gedər və siz də bunu istəməzsiniz. Mən burada Azərbaycanı təmsil edirəm və azərbaycanlı olaraq meydana çıxıram. Baxmayaraq ki, "Boavişta"nın üzvü sayılıram. Jurnalistlərdən də dəstək gözləyirəm. Təəssüflər olsun ki, burada niyə səhv buraxdın, komandadan niyə qovdular və bu kimi sualları vermirlər. Ancaq bizdə yazırlar ki, məşqçilər belə dedi, elə dedi. Heç bir şey olmayıb. Məşqçi məni gətiribsə, deməli baxıb, görüb gətirib.

- Bu qurtarışın Azərbaycan millisinə yüksək əhval-ruhiyyədə gəlməyinə nə dərəcədə kömək edəcək?

- Milli komandada əhval-ruhiyyə deyəndə, düşünmürəm ki, pis nəsə olsun. Çünki milli Azərbaycanındır və biz də azərbaycanlıyıq. Milli üçün əlimizdən gələndən artığını etməliyik və bunun üçün də hər zaman hazırıq.

- Norveçlə oyunda nəyə ümid edirsiniz?

- Bu gün Azərbaycana qayıdıram. Milli komandanın düşərgəsində olacağam. Milli üçün əlimizdən gələni etməyə borcluyuq. Oynayıb-oynamayacağım isə bilinmir. Meydana çıxacağım halda əlimdən gələni etməyə hazıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail