Robert Prosineçki: “Trabzonspor”la “Sumqayıt” arasında böyük fərq var" - MÜSAHİBƏ

07.10.2016 | 3600 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki  DÇ-2018-in seçmə mərhələsində sabah Norveçlə Bakıdakı oyundan əvvəl bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Milli komanda artıq 5 gündü toplanışdadı. Zədəlilər olsa da, hazırlıqdan tam razıyam. Ab-havadan razıyam. Rəqib güclüdü. Seçmə mərhələyə uğursuz başlayıblar. Oyunçuları böyük liqalarda çıxış edirlər. Amma komandama güvənirəm. İnanıram ki, yaxşı nəticə qazanacağıq.

- Oyun praktikasından əziyyət çəkən bəzi futbolçular milliyə dəvət alıblar. “Sumqayıt”da müntəzəm çıxış edən Vaqif Cavadov niyə dəvət almayıb?

- Ramil Şeydayev gənc futbolçudu, Azərbaycan üçün önəmli oyunçu olacaq. Vaqif Cavadovla da eyni mövqedə oynamır. Vaqif Cavadovun mövqeyində ondan yaxşı futbolçular olduğu üçün onu çağırmadım. Digər tərəfdən “Trabzonspor”la “Sumqayıt” arasında böyük fərq var.

- Bədavi Hüseynovun olmamasının səbəbi zədədən sonra hazır olmamasıdı?

- Bədavi iki aya yaxın futboldan kənarda qaldı. “Fiorentina” və “Qəbələ” ilə son oyunlarda iştirak edib. Yavaş-yavaş formasını yığır. Amma Bədavi Norveçlə matçda iştirak edəcək formada deyil. 3 gündən sonra da Çexiya ilə oynayacağıq. Maksim Mevdevev də bir neçə dəfə sübut edib ki, həmin mövqedə Bədavini əvəzləməyə layiqdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail