"O, əvvəlki formasını yığsa, “Qəbələ” çox güclü olacaq"

18.10.2016 | 3611 dəfə oxunub

“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun müsahibəsini təqdim edirik:

- “Sent-Etyen”lə oyuna hazırsız?
- Oyuna adi qaydada hazırlaşırıq. Bəzi zədəli futbolçularımız var. Bu, bir az işimizi çətinləşdirir. Həmin futbolçuların yerinə başqaları oynayacaq və bu, onlar üçün şans olacaq. Özlərini yaxşı tərəfdən göstərə bilərlər.

- Komandada zədələr olsa da, ab-havanın çox yaxşı olduğu görünür...
- Niyə zədəlilərə görə ab-hava korlanmalıdı? Hər meydana çıxan futbolçu üzərində işləməlidi. Onlar özlərini yaxşı göstərmək üçün məşqlərdə artırmalıdırlar. Hamı işinə peşəkar yanaşmalıdı. Bu, vacib məsələdi.

- “Sent-Etyen”i necə məğlub etmək olar?
- Rəqibin oyunlarına baxmışam. Bu gün və sabah onları futbolçularımla tanış edəcəm. Zəif və çatışmayan cəhətlərini oyunçulara deyəcəm ki, hazır olsunlar. Amma biz futbol baxışlarımızdan kənara çıxmayacağıq. Siz görməyəcəksiniz ki, biz öz cərimə meydançamızda dayanıb oradan kənara çıxmırıq. Öz futbolumuzu oynayacağıq. Baxmayaraq ki, bu, yaxşı nəticə üçün bizə qarantiya vermir. Hücuma atılacağıq, əks-hücumlara bel bağlamayacağıq.


- Geriyə baxanda “kaş qrup mərhələsi başlayandan zədəli futbolçularımız olmazdı” deyirsiz?
- Təxmini nəsə düşünmək olmur. Biz bilmirik ki, onlar oynasaydı, nəticələr necə olacaqdı. Ümumi götürsək, həmin futbolçular olsaydı, fərqli olardı. Çünki onların əksəriyyəti mərkəz oyunçuları, dayaq yarımmüdafiəçiləridi. Hansı ki, bu futbolçular oyunumuzun qurulmasında böyük rola sahibdi. Əlbəttə ki, onların oynamamağı narahatlıq yaradır. Ola bilər ki, “Sent-Etyen”ə qarşı fərqli versiya görə bilərsiz. Zədəlilərin olması bizi yeni variantlar fikirləşməyə məcbur edir. Müxtəlif cəbhələrdə oynayan komandaların heyəti tam komplektləşməlidir. Amma bizdə belə deyil.

- Bizə ilk “11-liy”i açıqlaya bilərsiz? Millimizin baş məşqçisi Robert Prosineçki bizi belə öyrəşdirib...
- Bu, Prosineçkinin işidi. Mənim isə öz yanaşmam var. Heyəti oyun günü səhər müəyyənləşdirəcəm.

- Səfərə iki gün öncə yollanırsız. Amma həmişə bir gün qabaq gedirdiniz. Bunun hər hansı xüsusi səbəbi var?
- Yox, xüsusi bir səbəb yoxdu. Sadəcə, Fransa buradan çox uzaqdı. Yorğunluq olmasın deyə, iki gün öncə gedirik.

- Avropa Liqasının 3-cü təsnifat mərhələsində digər Fransa klubu “Lill”i devirdiyinizə görə fransızlar “Qəbələ”dən çəkinməlidi?
- Fransızların bizdən qorxması və çəkinməsi kimi sözlər xoş olardı. Düşünürəm ki, biz Azərbaycan və Fransa çempionatını müqayisə edə bilmərik. Həmçinin Almaniya və Belçika liqaları çox güclüdür. Onların səviyyəsinə çatmağımıza çox var.

- Cavid Hüseynovun qayıtması komandaya nə qədər müsbət təsir edib? Sabiq kapitanın geri dönməsi “Sent-Etyen”lə oyundakı motivasiyanıza kömək edəcək?
- Cavidin qayıtması çox sevindirici haldı. Onun bizimlə olması da əladı. Çünki Cavid Azərbaycanda ən yaxşı futbolçulardan biridi. Düşünürəm ki, o, əvvəlki formasını yığsa, “Qəbələ” çox güclü olacaq. Necə ki, biz Cavidi itirərkən onun yoxluğunu çox hiss etmişdik.

- Onun fiziki forması ümidli gələcək vəd edirmi?
- Bu barədə nəsə deyə bilmərəm. Çünki hazırda heyətdə deyil. Məşqlərə qatılandan sonra onun fiziki forması haqqında danışmaq mümkündür. Emosional vəziyyətə gəlincə, onun anadangəlmə olan istedadı imkan yaradacaq ki, Cavid tezliklə heyətə qoşulsun (qafqazinfo.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail