Qurban Qurbanov: "Biz meydana ayın sonunda daxil olmalıydıq" - MÜSAHİBƏ

19.10.2016 | 3505 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah PAOK-la qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: -

Hamımız oyunun əhəmiyyətli olduğunun fərqindəyik. Yaxşı onəticə əldə etmək üçün ən doğrunu etməyə çalışacağıq. Komanda oyuna hazırdı. Amma bir neçə itkimiz var. Futbolçularla söhbətimiz olub. Rəqibi ətraflı müzakirə etmişik. PAOK-un 4 xalı var, hələ də məğlub olmayıblar.

- "Qarabağ" nəyin sayəsində rəqibini üstələyə bilər?

- Futbol elə bir oyundu ki, məğlubedilməz komanda yoxdu. Hər bir komandanın pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Nə qədər ciddi rəqib olsa da, bizə qələbə daha çox lazımdı. Bütün variantlara əl atacağıq. Qol vurmaq üçün düzünü və tezini etməliyik. 
 
- "Qəbələ"də çıxış etmiş Fakunda Pereyranın indi PAOK-un düşərgəsində olması sizi narahat etmir? 

- Önəmi yoxdu desəm, düzgün çıxmaz. Ən azından məşqçi ondan lazımı məlumat əldə edə bilər. Ancaq elə bir sistem var ki, rəqib haqda ətrfalı məlumat toplaya bilərsən. PAOK-un çalışdırıcısı "Slovan"la oyunumuzu izləyib. Artıq məlumatlıdırlar.
 
- Oyuna bir gün qalmasına baxmayaraq, cəmi 7 min bilet satılıb. Rəhbərlik transferə pul xərcləyirsə, Qurban Qurbanov uğur üçün gecələr yuxusz qalırsa, Rəşad Sadıqov zədəli-zədəli oynayırsa, sizcə, azarkeşlər niyə fədakarlıq göstərmir?

- Azarkeşlərdən hər zaman razı qalmışam. Hər zaman bizlərlə olublar. Sabaha kimi vaxt çoxdu. Say arta da bilər. Çalışacağıq ki, onları geri qaytaraq və bizlərə daha yaxın olsunlar.
 
- Stadionun hazırkı durumu sizi qane edir?

- Yüz faiz hazır deyil. Biz meydana ayın sonunda daxil olmalıydıq. Ola bilər ki, sabahkı oyundan sonra da problemlər olsun. Dünən də məşq etmək istəyirdik. Çalışırıq meydançanı qoruyaq. Havadan da çox şey asılı olacaq. Amma çox ciddi problemin olacağını düşünmürəm.
 
- Sabah meydana iki hücumçu ilə çıxa bilərsizmi?

- Bəzən hücumda 5-6 futbolçumuz olur. Bəzən də sırf 3 hücumçu ilə önə çıxırıq. Sistemdən sistemə fərq var. Əlavə hücumçuları matçın gedişində meydana buraxacağıq.
 
- Millinin heyətində döyüşkən oyun sərgiləyən "Qarabağ"ın futbolçularını sabah meydanda görə biləcəyik?

- Mən inanmıram ki, bizim komandada döyüşkən ruhu olmayan futbolçular olsun. Oyunçularda bu hiss hər zaman olub. Onlarda idman xarakteri olmasa, nəticə vermək çox çətindi. Millidən qayıdan futbolçular çox inamlıdırlar. 
 
- Həyatda Elvin Yunuszadəni bağışlamısız?

- Həyatda, yoxsa futbolda? Dünən komanda ilə məqş etdi. Amma futbolda bağışlamamışam. Cəzası da var, sabahkı oyunda olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail