Tale Heydərov: "Qəbələdə buna ehtiyac yoxdur" - MÜSAHİBƏ

20.10.2016 | 3982 dəfə oxunub

"Qəbələ" klubunun dəvəti ilə ölkəmizdə səfərdə olan Ronaldinyonun iştirakı ilə Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib.

Stadium.Az xəbər verir ki,  tədbirdə braziliyalı ulduzla yanaşı "Qəbələ" klubunun prezidenti Tale Heydərov, AFFA-nın baş katibi Elxan Məmmədov, "Qəbələ" akademiyasının direktor müavini Nail Kərimov iştirak edib.

Tədbiri giriş sözü ilə Nail Kərimov açıb. O, Ronaldinyonun ölkəmizə gəlişinin səbəblərindən söz açıb. Qeyd edib ki, tezliklə ölkəmizdə "Ronaldinho Soccer Academy" fəaliyyətə başlayacaq.

Daha sonra "Qəbələ" klubunun prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb.

- Bir müddətdir Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. İmkan bu günə idi. Sevinirik ki, braziliyalı futbolçu hazırda paytaxtımızdadır. Məqsəd Bakıda futbol akademiyası yaratmaqdır. Daha öncədən Qəbələdə klubumuzun akademiyası fəaliyyət göstərir. İndi də Bakıda akademiya yaradırıq. Ümid edirik ki, bu akademiya Azərbaycanda futbolun inkişafına kömək edəcək. Azyaşlılarda futbola daha da maraq yaranacaq. Ronaldinyo öz komandası ilə akademiyanın fəlsəfəsini yaradacaq. Akademiyanın harada yerləşəcəyi hələ məlum deyil. Yaxınlarda bununla bağlı qərar veriləcək. Fürsətdən istifadə edib, Bakıya səfər etdiyinə görə Ronaldinyoya, gələcəkdə bizə göstərcəkləri dəstəyə görə isə AFFA-ya minnətdarlıq edirik.

- Ronaldinyonun razılığını almaq çətin olmadı?

- Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridi. Bunu özünə də demişəm, Onun gəlişi gündəmdə yox idi. Amma iş elə gətirdi ki, danışıqlara başladıq. Onun akademiyasının bir neçə ölkədə fəaliyyət göstərdiyini bilirdik. 
 
- “Qəbələ” bu gün “Sent Etyen”lə qarşılaşacaq. Nə gözləyirsiniz?

- Məlum səbəbdən Fransaya gedə bilmədim. Çox vacib oyundu. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin oyun olacaq. Amma futbolçular və məşqçilər söz veriblər ki, bütün bacarıqlarını ortaya qoyacaqlar. Onlardan yaxşı oyun gözləyirik.
 
- Ronaldinyonun “Qarabağ” – PAOK oyununda iştirakı baş tutacaqmı?

- Hər şey proqramdan asılıdır. Buna çalışağıq.
 
- Ronaldinyo “Qəbələ”də oynasa, stadiona xeyli  azarkeş gələr. Bunu nəzər alıb, onu komandada saxlamaq planınız var?

- Böyük marağın olacağını bilirik. Ancaq inanıram ki, uşaqlar akademiyaya da maraq göstərəcəklər. O ki qaldı Ronaldinyonun  “Qəbələ”də oynamasına, bu sualı özünə versəniz yaxşı olar. Təbii ki, ulduz futbolçunun Azərbaycanda oynaması gözəl olar.

- Yeni yaradılacaq akademiya Qəbələdə fəaliyyət göstərə bilər?

- Qəbələdə buna ehtiyac yoxdur. Çünki orada akademiyamız var. Qəbələdə infrastruktur olsa da, Bakıda ora gedib yaşamaq çətindir. Bakıda olması ona görə yaxşıdır ki, uşaqlar məşqdən sonra evlərinə rahat qayıdırlar. Akademiya dəqiq Bakıda olacaq. İstərdik ki, müxtəlif yaş qruplarından, U-11-dən başlayaraq, hamısı ölkə çempionatında iştirak etsin. Bizim akademiyaya rəqib tapmaq çətindir. Ona görə istərdik ki, yeni akademiyanın uşaqları ayrı klub kimi çempionatda iştirak etsinlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail