Rahid Əmirquliyev: " Bu, bizim ev tapşırığımız idi" - MÜSAHİBƏ

21.10.2016 | 4185 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" öz meydanında Yunanıstanın PAOK klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra komandanın ikinci qolunun müəllidi  Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb:

- Qrupdan çıxmaq üçün lazım olan əsas oyunlardan biri idi. Nə düşünürsən bu oyun haqqında?
- Mən deməzdim PAOK-la oyun həlledici idi. Bizim qarşıda üç oyunumuz var. Düzdü, PAOK-a uduzsaydıq şanslar azalazacaqdı, amma yenə olacaqdı. Bizim üçün çox çətin oyun keçdi. Rəqib bu il keçirdiyi oyunlarda demək olar ki, uduzmurdu. Ona görə oyuna çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, qələbə qazana bildik.

- Bu qələbəni PAOK-la səfər oyunundan öncə komanda üçün əlavə stimul saymaq olar?
- Düzdü, qələbə həmişə stimul verir. Ancaq PAOK-la qarşılaşmadan öncə bizim "Neftçi" ilə oyunumuz var. İndi "Neftçi" ilə keçirəcəyimiz oyunu düşünürük. Ondan sonra PAOK səfəri haqda danışmaq olar. 

- Ot örtüyünün vəziyyəti necə idi?
- Bundan öncə keçirdiyimiz oyunlara nisbətən, bu gün daha yaxşı idi. 

- Qol epizodu zamanı zərbəni vurmağa gecikdin. Nə fikirləşirdin?
- Qapıçını keçmək istəyirdim. Ancaq gördüm ki, müəyyən boşluq var. 

- Bu gün PAOK-u daha yaxşı tanıdınız. Səfərdə də qalib gəlmək mümkündürmü?
- Çalışacağıq, əlimizdən gələni edəcəyik ki, səfərdən də 3 xalla qayıdaq. 

- 1:0 sürüşkən hesabdı. Sənin qolundan sonra hesab 2:0 olandan sonra qələbə qazandığınızı düşünürdün?
- Düzdü, ikinci qolu matçın sonlarında vurduq. PAOK çox təhlükəli komandadı. Bu komanda ilə sona qədər diqqətli oynamağa çalışırdıq, çünki istəmirdik qol buraxaq. Matçın sonuna qədər rahatlaşmamışdıq. 

- Rəqibin "Qarabağ"dan üstün cəhətlərdi hansılardı?
- Deməzdim ki, onlar bizdən üstün oynadı. PAOK çox gözəl komanda oyunu oynayır. Sürətli oyunçuları var. Ancaq bu gün onlara oynamaq imkanı vermədik. 

- PAOK-u daha çox pressinq edən komanda adlandırırlar. Amma siz topla daha çox oynayırdız...
- Bu, bizim ev tapşırığımız idi. Bilirdik ki, top bizdə nə qədər çox qalacaqsa, bu, bizim üçün o qədər yaxşı olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail