"Qələbə qazansaq, lap əhəmiyyətli hala gələcək" - MÜSAHİBƏ

29.10.2016 | 5056 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının X turunda səfərdə AZAL-a qalib gələn (1:0) “Qarabağ”ın kapitanı Rəşad Sadıqov oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komandanın oyununu kənardan izləmək necə təsir edir?

- Kənardan izləmək onsuz da çətindi, oyun da alınmayanda bu lap çətin olur. Ancaq yaxşı ki, fasilədən sonra komanda toparlandı və qələbə qazana bildi.

- Bugünkü oyunda nədən narazı qaldın?

- Ümumiyyətlə, sıx qrafiklə oynayırıq. Yorğunluq var. Meydanın vəziyyəti də normal deyil. Məncə, belə şəraitdə uşaqlardan nəsə narazılıq eləmək düzgün deyil. Əllərindən gələni edib qələbə qazandılar. Ümid edirəm ki, PAOK-la oyuna qədər bərpa ola biləcəyik.

- Öz vəziyyətin necədi? Zədən nə yerdədi?

- Mən onsuz da Norveçlə və PAOK-la oyunlarda tam sağalmamışdım. Həkimlər də demişdilər ki, oynasan, daha da ağırlaşacaq. Ancaq elə vacib matçları buraxa bilməzdim. İndi də müalicə gedir. Bu gündən tək məşqlərə başlamışam. Bilmirəm, növbəti oyuna hazır olacam, ya yox. Həm PAOK-la, həm də Şimali İrlandiya ilə vacib oyunlarımız var. Mənim üçün bu vəziyyətdə müalicə olunmaq çox ağırdı. Psixoloji olaraq sıxılıram ki, qarşıda o cür iki vacib oyun var, mən də qalmışam qıraqda.

- Həm millinin, həm də “Qarabağ”ın qarşıdakı oyunlarını düşündükcə hansında daha çox oynamaq istəyərdin? Seçim imkanı olsaydı, hansı oyunu seçərdin?

- Biri “Qarabağ”, digəri isə milli üçün tarixi oyun ola bilər. Seçim eləmək çox çətindi. Hər iki oyunda oynamağı çox istəyirəm. Heç olmasa, 10-15 dəqiqə də olsa, meydana çıxmaq istəyirəm. Düşünürəm ki, bəlkə də tam hazır olmasam, qıraqda durmağım daha faydalı olacaq. Nətər məsləhət bilsələr, elə də oynayacağıq.

- Yunanıstandakı matçı qrupun həlledici oyunu saymaq olarmı? Əgər PAOK-a qalib gəlsəz, mərhələni böyük ölçüdə adlamış olacaqsız...

- Belə deyək də, həlledici oyunlardan biridi. Bu günə qədər meydana çıxdığımız oyunların içində ən önəmlisi demək olar. Qələbə qazansaq, lap əhəmiyyətli hala gələcək.

- Sonda PAOK-la oyun haqqında fikirlərini ümumiləşdir...

- Ümumiləşdir deyəndə ki, bilirik ki, yunanlar evdə çox aqressiv oynayırlar. Bir çox futbolçunu yaxından tanıyıram. İkisi “Dnepr”də, ikisi Super Liqada oynayıb. Biri “Qəbələ”də çıxış edib. Heyətlərini bilirik. Bizi vacib və çətin oyun gözləyir. Hər iki komanda üçün çətin olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail