Maksim Medvedev: "Tam fərqli olacaq" - MÜSAHİBƏ

29.10.2016 | 3548 dəfə oxunub

Azərbaycan Premyer Liqasının X turunda səfərdə AZAL-a qalib gələn “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun haqqında nə deyə bilərsən?

- Bu gün çempionatın ən vacib oyunlarından birinə çıxmışdıq. Bilirdik ki, rəqib bizə oynamağa imkan verməyəcək. AZAL-ın aqressiv futbol oynadığını da bilirik. Çünki sonuncu oyundakı hesab onlara təsir eləmişdi (ilk dövrədəki 6:0-ı nəzərdə tutur). Bizdə çox şeylər alınmırdı. Sonda Dani ustalıq səviyyəsini ortaya qoydu və Muaremə yaxşı ötürmə verdi. Muarem isə fərqlənməyi bacardı. Hesabda önə keçdikdən sonra, oyunumuz bir qədər sakitləşdi, tələsik oynamırdıq. Yəni, öz oyunumuzu oynayırdıq.

- İlk dövrədə 6:0 udduğunuz komandanı bu gün 1:0 hesabı ilə məğlub etdiz. Bunu nə ilə əlaqələndirmək olar? Meydança ilə, yoxsa?
- İlk dövrədəki oyunda AZAL-a qarşı başqa heyətlə oynayırdıq. Həm də, ilk dövrədəki maçtda meydança təbii ot idi. Bu cür böyükhesablı məğlubiyyətlər istənilən komandaya təsir edir. Gördüyünüz kimi rəqib çox çirkin futbol oynayırdı və biz özümüzü qorumağa çalışırdıq. Çünki gələcəkdə önəmli oyunlarımız var.
 
- Komanda PAOK-la oyuna nə dərəcədə hazırdı? Rəşadın da oynamamq ehtimalı var, onu əvəz edə biləcəksən?

- Düşünürəm ki, sabahdan PAOK-la oyunun hazırlıqlarına başlayacıq. Komandada əhval-ruhiyyə yaxşı vəziyyətdədi. Miçel və Reynaldo da zədədən qayıdır, ancaq Rəşad Sadıqovun durumu sual altındadı. İnanıram ki, Rəşad da oynayacaq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, PAOK-la oyuna tam hazırolacağıq.
 
- İlk oyunda PAOK üzərində qələbə qazandınız, bu arxayınçılıq yaradır sizdə, ya fərqli oyun olacaq?
- Tam fərqli olacaq. Rəqib öz meydanında, öz azarkeşləri qarşısında oynayacaq. 2:0 hesabı heç nəyi dəyişmir, oyuna tam ciddi hazırlaşacağıq. Bizi orda bəzi sürprizlər də gözləyə bilər.
 

- Demək olarmı ki, bu oyun həlledicidi?

- Həlledici olmasa da, böyük rol oynayır. Riyazi hesabla hər şey dəyişə bilər. Çox lazımlı oyundu. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.
 

- Saloniki atmosferi sizə təsir etməyəcək?
- Mən inanmıram. Dortmundda "Borussiya”ya qarşı oynamışıq və böyük klubların azarkeşlərini də görmüşük. Artıq azarkeşlər bizi qorxutmur. Çalışacağıq özümüzü evimizdəki kimi hiss edək.
 
- Səfərdən 1 xalla qayıtmaq sizin üçün sərfəli nəticədi?

- Bəli. Məncə, uğurlu nəticə saymaq olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail