Muarem Muarem: "Komandada yorğunluq olmasına baxmayaraq..." - MÜSAHİBƏ

30.10.2016 | 3744 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Muarem Muarem Premyer Liqanın 10-cu turunda AZAL-la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- AZAL-dan belə müqavimət gözləyirdiniz?
- Matçın çətin keçəcəyini bilirdik. Baş məşqçi bu oyun üçün bizi lazımi qədər hazırlamışdı. AZAL bizə qarşı çox aqressiv oynayırdı. Bu səbəbdən oyunun əvvəlində ot örtüyü ilə bağlı problemlər yaşadıq. Amma sonda üç xalı almağı bacardıq. Yuxarı pillələrdən qopmamaq üçün qələbə önəmli idi. Yolumuza belə davam etmək istəyirik.

- Süni ot örtüyü nə dərəcədə çətinlik yaradırdı?
- Bizim üçün çox çətin oldurdu. Həm də bu stadionun süni ot örtüyü digərlərindən fərqli idi. Ancaq biz çətinliyin fərqindəydik və bunu bilərək hazırlaşmışdıq. 90 dəqiqə aqressiv şəkildə oynadılar. Bir neçə qol epizodunu dəyərləndirə bilmədik. Lakin lazım olan qolu vurduq.

- Vurduğun qol zamanı oyundan kənar vəziyyətin olması ilə bağlı şübhələr yarandı...
- Mən bilmirəm, həmin an gözlərim topda idi. Daha sonra təkrarını izləyəcəm.

- Sıx qrafiklə matçlara çıxırsınız. Bu, komandaya necə təsir edir?
- Qrafikin sıx olmasının fərqindəyik. Komandada yorğunluq olmasına baxmayaraq, baş məşqçi bizi yaxşı hazırlayır. Bəzi futbolçulara şans verir, bəzilərinin də dincəlməsini istəyir.

- Qarşıdan gələn PAOK-la səfər matçı haqqında nə düşünürsən?
- Problem yaşayacağımızı düşünmürəm. Oyuna hələ beş gün var, yaxşı hazırlaşıb, lazım olan nəticəni almalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail