Roman Qriqorçuk: "Qəbələ" ikinci qolu rəqibə hədiyyə etdi" - MÜSAHİBƏ

04.11.2016 | 4152 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin IV turunda   "Sent-Etyen"lə keçirilən oyundan (1:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Ukraynalı mütəxəssis hakimlikdən narazı olduğunu deyib.

- Birinci hissənin sonlarında hakimin qərarından narazılığımı bildirdim. O, da məni texniki zonadan uzaqlaşdırdı. Amma heç nədən peşman deyiləm. Bu, dördüncü oyunumuz idi. Rəqiblə başabaş mübarizə apardıq.

Düşünmürəm ki, "Qəbələ" ikinci qolu rəqibə hədiyyə etdi. Sadəcə fərdi səhv oldu. Yalnız bu qol barədə belə deyə bilərəm. Amma düşünməyin ki, bu, Rəşad Sadiqovun səhvidi, onu bağışlamaq olmaz. Mən onu dəstəkləyirəm. Rəşad komandamız üçün vacib oyunçudur.

- Təsnifat mərhələsində gördüyümüz Teo Uiksi indi görə bilmirik. Nə baş verir?

- Deməzdim ki, bu gün pis çıxış etdi. O, fərqli funksiyaları yerinə yetirdi, dayaq yarımmdafiəçisi mövqeyində çıxış etdi. Uiksə hansısa etirazım yoxdu.

- Qrupda itirəcəyiniz bir şey yoxdu. Son iki matçdan necə istifadə etməyi düşünürsünüz?

- Məlum məsələdi ki, artıq şansımız qalmayıb. Öyrənmək, təcrübə toplamaq şansımız var. Bu turnirdə çıxış etdiyimiz üçün çox şadam. Avropa Liqası böyük turnirdi. Burdakı bütün matçlar bizim üçün çox önəmlidi. Ola bilsin ki, bizim heç bir şansımız qalmayıb. Amma futbolçuların həvəsdən düşmələrinə imkan vermərəm.

- Tribunadan "Qəbələ” necə görünürdü?

- Yuxarıdan baxmaq çox yaxşı görünür. Amma baş məşqçi gərək öz yerində olsun 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail