Mirhüseyn Seyidov: "Bu iki hadisənin bir-biri ilə əlaqəsi yoxdu"

06.11.2016 | 5332 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi"yə (1:2) məğlub olan "İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidovun jurnalistlərə müsahibəsni təqdim edirik: 

- Məğlubiyyət “İnter” üçün gözlənilməz oldu. Heyətlərə də baxanda sizin üstün olduğunuz görünürdü...

- Düzdü, bəlkə də komandamız hardasa arxayınlaşdı. Çünki mətbuatda da oxumuşduq, “Neftçi”nin 5 oyunçusu uzaqlaşdırılıb. Bir az gec ayıldıq, ancaq onda da 2 qol buraxmışdıq. Nə qədər çalışsaq da, bərabərlik qolunu vura bilmədik. Biz də nə vaxtsa, məğlub olmalı idik, bu günə qismət oldu.

- Prezidentin istefası və məğlubiyyət: bunların üst-üstə düşməsi təsadüfdü?

- Bu iki hadisənin bir-biri ilə əlaqəsi yoxdu. Rəşad müəllim (klubun əvvəlki prezidenti Rəşad Qasımov - red) uzaqda deyil, komandaya hər zaman dəstək nümayiş etdirir. Komanda stabil oynayır. Hər şey normaldı. Mövsümdəki ilk məğlubiyyət olsa da, burda dayanmaq, sınmaq olmaz. Çalışacağıq ki, qələbələrə davam edək.

- Oyunun qırılma nöqtəsi kimi, yanlış penalti qərarını göstərmək olarmı?

- Bəli. Cavan hakimlərdi, istəmərik ki, belə səhvlər eləsinlər. Kənardan baxırsan, qərəzli görünür. Düzdü, bizim xalımız əlimizdən getdi. Bir komandanı sındırıb, digərini dirçəltmək düzgün deyil. Əsl rəqabət düzgünlükdədi.

- Fərqlənməyimiz üçün matçın əvvəlində də, sonra da imkanlar oldu...

- Doğrudur, qol imkanlarımız var idi. Biz də çalışırdıq ki, ilk qolu biz vuraq. Çünki hesabda önə keçəndən sonra oyunun hakimiyyəti də əlimizdə olur.

- Liderlərdən uzaqlaşırsız...

- Xal olaraq geri düşürük. Ancaq qarşıda oyunlar çoxdu, çalışırıq ki, çox geri qalmayaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail