Rahid Əmirquliyev: "Çətin oyun olacaq..." - MÜSAHİBƏ

07.11.2016 | 3859 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Premyer Liqanın 11-ci turunda “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Mən deməzdim ki, bütün gücümüzü ortaya qoymamışdıq. Sadəcə, süni ot örtüyündə oynamaq bizə çətinlik yaradırdı. AZAL-la matçda da belə olmuşdu. İkinci hissədə lazım olan qolları vurub, qələbə qazandıq. 

- Çempionluq uğrunda əsas rəqibiniz “Qəbələ” bu gün qələbə qazana bilmədi və turnir cədvəlində xallarınız bərabərləşdi...

- “Qəbələ”nin xal itirməyindən xəbərim yox idi. Ancaq bu, bizim üçün yaxşı oldu.

- “Qəbələ”dən belə bir nəticə gözləyirdin?

- Xeyr, gözləmirdim. Həm “Qəbələ”, həm də bizim üçün hər oyun çətin keçir. Belə davam etsə, son turan qədər çempionun adı məlum olmayacaq, daha maraqlı olacaq.

- Çempionluq uğrunda mübarizədə digər komandalar geridə qalır...

- “İnter” çempionata yaxşı başlamışdı. Düşünürəm ki, onları bu yarışdan silmək olmaz.

- Qarşıdan milli komandanın oyunu gəlir. Matç qrafikinin sıx olması yorğunluq yaratmır?

-  Əlbəttə, yorğunluq olur. Lakin milli komandanın oyununa qədər tam hazır olacağıq.

- Son olaraq, Şimali İrlandiya ilə matçda millimizin şansını necə dəyərləndirirsən?

- Çətin oyun olacaq, lakin yaxşı nəticə qazanmaq üçün şansımız var. Ən azından bir xalla dönəcəyimizə inanırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail