"Azarkeşlər meydanda can qoyan, ürəklə oynayan futbolçuları sevirlər"

10.11.2016 | 3858 dəfə oxunub

Futbol üzrə Azərbaycan yığmasının və Portuqaliyanın "Boavista" klubunun qapıçısı Kamran Ağayev milli komanda ilə Şimali İrlandiya səfərinə yollanmazdan öncə bəzi sualları cavablandırıb. Stadium.Az təcrübəli əlcək ustasının "Azerisport"a verdiyi müsahibəni təqdim edir. 

- Sosial şəbəkələrdə sizin "Boavista" azarkeşləri ilə münasibətlərinizin yaxşı olduğunu isbatlayan videorolik yayılıb. Öncə buna münasibətinizi bildirərdiniz...

- Mən harada oynamışamsa, orada azarkeşlərin mənə münasibəti həmişə yaxşı olub. Həmişə azarkeşlərlə ünsiyyətə açıq olmuşam. Təkcə Portuqaliyada yox, Azərbaycanda da. Azarkeşlərdən heç vaxt qaçmamışam. Daim onları dinləməyə çalışmışam.

- Portuqaliyada olduğunuz qısa müddətdə necə yerli publikanın sevimilisinə çevrilə bildiniz?

- Azarkeşlər meydanda can qoyan, ürəklə oynayan futbolçuları sevirlər. Bütövlükdə götürsək, mehriban kollektivimiz var. Mənə qarşı da münasibət yaxşıdır.

- Komandanızın nəticələri də yaxşılaşmağa başlayıb...

- Buraya çempionatdakı beş turdan sonra gəlmişdim. Mənim oynadığım ilk oyunda komandamız uduzdu. Mən də buraxdığım qollardan birində səhvə yol verdim. Amma buraya tam uyğunlaşmağım üçün zamana ehtiyac var idi. Həm də tam hazır deyildim. İndi hər şey fərqlidir. Biz hələ heç nəyə nail olmamışıq. Qələbələr qazanmaq üçün daha çox çalışmalıyıq.

- Şimali İrlandiya ilə oyun öncəsi millimizdə atmosfer necədir?

- Məşq edirik. Atmosfer də yaxşıdır. Hər kəs Şimali İrlandiyaya qələbə ilə yollanmaq üçün düşərgəyə gəlib. Heç-heçə üçün də yox, qələbə üçün. Bu, elə-belə söz deyil, öz gücümüzə inamdı. Rəqibin səviyyəsi yüksək olsa belə, biz son dəqiqəyə kimi mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq. Çünki bunu bacarırıq.

- Komandamıza yeni dəvət alan Dəniz Yılmaz barədə nə bilirsiniz?

- Mən hələ onu görməmişəm. Onun çağırıldığını da burada öyrəndim. Amma belə bir hücumçu olduğunu bilirdim.

- O, yığmamıza nə dərəcədə kömək edə bilər?

- Azərbaycan yığmasına çağırılan hər bir futbolçu komandamıza kömək etməlidir. Kim olmasından asılı olmayaraq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail