Elxan Məmmədov: "Əslində, biz bunu edirik" - MÜSAHİBƏ

13.11.2016 | 3660 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

- Cari seçmə mərhələdə bu il son matçımızı keçirdik. Həm Şimali İrlandiya ilə səfər oyunu, həm də nəticə ilə bağlı ümumi təəssüratlarınızı bölüşərdiniz.
- Cari seçmə mərhələdə 4-cü oyunumuz idi və birində uduzmaq da olar. Bu, futboldur. Hər oyunda xal qazanmaq demək olar ki, mümkün deyil. Lakin bu hesala uduzmaq hər birimizə - bizlərə, azarkeşlərə, komandamıza reallığı göstərdi. Böyük arzuya çatmaq üçün hər oyuna çox ciddi hazırlaşmaq lazımdır. Əvvəlki oyunlarda yaxşı nəticələr qazanmışdıq. Komanda oyunun hər anına çox məsuliyyətlə yanaşırdı. Baş məşqçi də qeyd etdi ki, bəzi məqamlarda bir az diqqətsiz olduq. Təbii ki, rəqib komanda fürsəti əldən buraxmayaraq fərqləndi. Düsünürəm ki, hər məğlubiyyətdən müsbət nəticə çıxartmaq lazımdır. Bu məğlubiyyət komandaya dərs olmalıdır. Böyük hədəfləri üçün hər saniyə diqqətli olmaq lazımdır. 

- Oyundan sonra komandaya və ya baş məşqçi Robert Prosineçkiyə, məşqçilər heyətinə məğlubiyyətlə bağlı narazılığınızı bildirdiniz?
- Müzakirəmiz oldu. Uzun yol gəldik və təyyarədə fikir mübadiəsi apardıq. Bəzi futbolçularla fərdi söhbətlər oldu. Təbii ki, baş məşqçi ilə gün ərizndə bir neçə dəfə müzakirələr apardıq. Lakin oyunun təhlili daha sonra olacaq. Prosineçkinin oyunun videoyazısına, əsas anlarına baxdığını gördüm. Baş məşqçimiz komandanın əsas səhvlərini bilir. Artıq indidən növbəti matçlara tapşırıqlarını verəcək. Təbii ki, xal qazandığımız oyunlarda olduğu kimi, xal itirdiyimiz qarşılaşma haqda da müzakirəmiz olacaq. 

- Sizcə, Almaniya ilə qarşıdakı oyun daha çox futbolçuları yoxlama xarakteri məqsədi daşıması düzgün olmazmı? Çünki bu rəqibdən xal götürmək demək olar mümkün deyil. 
- Bu seçmə mərhəldə Almaniyadan başqa hər rəqiblə oynamışıq. Ona görə əminəm ki, baş məşqçi hər komandanın təhlilini apararaq, onlarla növbəti qarşılaşmalara hazırlaşacaq. Ola bilər ki, Prosineçki heyəti artıq 90 faiz bilir. Təbii ki, zədə olmasa. Əlbəttə, Almaniya ilə oyunda xal götürmək çətin olacaq. Reallığı anlamıyıq ki, bu komanda ilə görüşlərdə xal qazanmaq demək olar qeyri-mümkündür. Qrupumuzda heç kim Almaniyadan xal ala bilməyib. Təəssüf ki, Almaniya xal itirmir. Əminəm ki, onlardan xal almağı hər birimiz istəyirik. Heyətlə bağlı məsələ artıq baş məşqçinin qərarıdır. Almaniya ilə qarşılaşmaya yoxlama matçı kimi baxmaq, yoxsa mübarizə aparmaq istəyi də həmçinin. Onu da unutmayaq ki, Almaniya ilə evdə oynayacağıq. Bu bizim xal qazanmaq üçün əlavə üstünlüyümüz olacaq.

- “Niyə də yox” şüarı qüvvəsində qalırmı?
- Əlbəttə. Hazırda qrupda 3-cü yerdə olmağımıza baxmayaraq 7 xalımız var və ən əsası, Şimali İrlandiya ilə eyni xal toplamışıq. 6 oyunumuz qalıb. Bunlardan 2-i Almaniyaya ilədir və xal almaq çətin olacaq. Digər 4 oyundan 3-ü evdədir. Bu fursəti əldən buraxmamalıyıq. Əsas odur ki, komanda üzərinə düşən məsuliyyəti dərk edir.

- Prosineçki öz klublarına oynamayan futbolçuları start heyətdə oynatması sizi narahat etmir ki? Onlara oynaya biləcəkləri klubları tövsiyə edə bilərdinizmi?
- Bəlkə bu, bir mesajdır ki, baş məşqçi həmin oyunçulara güvənir və əsas heyətdə meydana buraxır. Onlar öz klublarında əsas heyətdə yer ala bilmirlər, çünki rəqabət yüksəkdir. Ancaq fərdi baxsaq, səviyyələri aşağı deyil. 

- Cari seçmə mərhələyə AVRO-2020-yə hazırlıq kimi baxmaq düzgün olmazmı?
- Əslində, biz bunu edirik. Cari seçmə mərhələyə 4 il sonrakı böyük yarışa hazırlıq məqsədi ilə yanaşırıq. Belə hədəflər həmişə var. Bu da milli komandanın qrupda yüksək yerlərdən birində bitirməsidir. Ancaq 4 oyundan sonra mübarizəni daha yüksək yerlərdə bitirəcəyimiz görünür. Niyə də yox?!

- Almaniya ilə oyuna 4 ay var. Bu müddətdə yoldaşlıq görüşləri keçirmək nəzərdə tutulub?
- Minimum 1 oyun olacaq. Həmin oyun böyük ehtimalla gələn ilin fevralında baş tutacaq. Rəqibin kimliyi və oyunun harada keçiriləcəyi bəlli deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail