Qurban Qurbanov: "Meydana çıxmağı Rəşadın öz öhdəsinə buraxacam" - MÜSAHİBƏ

07.12.2016 | 4302 dəfə oxunub

“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin son oyununda Bakıda – Tofiq Bəhrəmov adına Respublika stadionunda İtaliyanın “Fiorentina” klubuyla qarşılaşacaq. Stadium.Az xəbər verir ki, bu gün komandanın baş məşqçisi Qurban Qurbanov matçla bağlı jurnalistlərin suallarını cavablandırıb:

- Qrupda son oyunumuzdur. Düşünürəm ki, hər bir oyun vacibdir və digəri ondan da vacibdir. İndi elə vəziyyət yaranıb ki, bu oyun hər birindən vacib olub. İndi əlimizdə yaxşı şans var. Rəqibimiz isə “Fiorentina”dır. İtaliya klublarına qarşı oynamaq çox çətindir. Ancaq doğma meydanda şansımızdan istifadə etməyə çalışacağıq. Bu oyunda digərlərindən daha çox diqqətli olmalıyıq. Futbolçularımız çox diqqətli olmalıdırlar. Bütün amillərə diqqət yetirməlidirlər. Futbolçularımızın üzərinə çox böyük məsuliyyət düşəcək. Çalışacağıq ən doğrusunu edək.

- Statistika göstərir ki, “böyük beşlik” klublarına qarşı “Qarabağ” yaxşıp çıxış edib. Baxmayaraq ki, qələbə olmayıb. Sabah bizə nə mane ola bilər?

- Bizə ancaq rəqib mane olub. “Fiorentina” fərqli sistemdə oynayan komandadır. “Fiorentina” daim topla fərqli davranışlar edib, fərqli hücumlar edir. Yeni baş məşqçiləri gələndən sonra sistemləri də dəyişib. Onlara daha çox təcrübələri kömək edəcək. Biz mübarizədən qaçmırıq. Yaxşı nəticə üçün ən yaxşısını etməyə çalışacağıq.

- Rəşd oynayacaq?

- Oynama ehtimalı var. Elə bir andır ki, qərarı özü verəcək. PAOK-la oyunda mən özüm istəmişdim. İndi isə fərqli zədədir. Mən istərdim ki, meydanda olsun. İndi qərarı özünə buraxacam. Tam əmin olsa meydana çıxacaq.

- Hər kəs bildiri ki, çox vacib oyundur. Bu vaciblik komandaya nə qədər xeyir və ziyan verə bilər?

- Futbol digər idman növlərindən fərqlənir. Nəticə vermək üçün daim çalışmalısan. Komandada belə psixoloji durum varsa mən buna sevinirəm. Bu da məsuliyyətdən irəli gəlir. İdmançı məğlub olmaqdan qorxmur. İndi bunu hamıdan çox azarkeşlər düşünür. Biz də daha çox azarkeşlərimizi üzməkdən çəkinirik. İndiki psixoloji durumun komandaya xeyir verəcəyini düşünürəm.

- 2 il əvvəl “İnter”lə oyunda yaşananları da nəzərə alsaq, indi də İtaliya klubuyla oynayacağıq və həlledici oyundur...

-  O zaman “İnter” lider olaraq qrupdan çıxmağı həll etmişdi. İndi isə “Fiorentina” bura bir xal qazanmaq üçün gəlib ki, lider olaraq qrupu başa vursun. Hakim haqda da nəsə demək istəmirəm. Hər zaman çalışmışam ki, onlar haqda danışmayım. Səhv etməyn hakim görməmişəm. Əsas odur ki, hakim səhv etsin, qərəz göstərməsin.

- Diqqətiniz həm də Salonikidə olacaq, yoxsa bütün fikirləriniz “Fiorentina”yla oyuna yönəlir?

- Nə qədər düşünsəm də, ordan da xəbər gələcək. İstənilən dəyişiklik barədə mənə məlumat verəcəklər.

- “Fiorentina”nın son turdakı oyununu izləmisiz?

- Son turlarda uğurlu nəticələr əldə etmirdilər. Ancaq son oyunda qələbə qazanıblar. “Fiorentina”nın oyun sistemi elədir ki, baş məşqçi düşündüyü futbola görə futbolçuları bir araya gətirib. Oyun üslubları eynidir. Bu komanda güclü heyətə malikdir. Son oyunlarda daha rahat çıxış edirlər. Onlarda oyunçu sayı çoxdur və heyətdə istədikləri dəyişikliyi edirlər. “Fiorentina” çətinliklərin arxada qoyublar, indi yüksəlişdədirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail