"İrəli getmək istəyiriksə, transferlərimizin keyfiyyəti daha yuxarı olmalıdı" - MÜSAHİBƏ

08.12.2016 | 3945 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”naya Bakıda 1:2 hesabıyla məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə “sağ ol” deyirəm. Məğlub olsaq da, qalib gəlmək üçün çox çalışdıq. “Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Amma düşünürəm ki, “Fiorentina”ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. Onları məyus etmək istəməzdik. Rəqibə də uğurlar arzulayıram. İtaliyanın tam fərqli komandasıdı. Onların oyununa baxmaq hər birimiz üçün maraqlıdı. Mən də Avroliqada “Fiorentina”ya azarkeşlik edib, onların oyununa baxacam.

- Düşünmürsüz ki, artıq rəhbərliklə ciddi danışıb, daha yaxşı transferlər etməlisiz?

 - O səviyyəyə gəlib çatmaq üçün çempionatımızın səviyyəsini qaldırmaq lazımdı. Bir komanda ilə iş düzəlmir, gərək bütün komandalarda bu proses getsin. İtaliya və digər Avropa ölkələrinin yüz illərlə təcrübəsi var. Biz bu gün daha yaxşı transferlər etsək də, ondan da yaxşılarını digərləri edir. Amma daha da irəli getmək istəyiriksə, transferlərimizin keyfiyyəti daha yuxarı olmalıdı. Öz oyunçularımdan razı qaldım. Belə oyunlarımızın sayı daha çox olsa, onların təcrübəsi, bacarığı daha keyfiyyətli olacaq. Bugünkü durum belədi ki, şikayətlənməli deyilik. Yenə növbəti mərhələyə çıxmağa şansımız var idi. Görünür, yenə hardasa səhv etmişik, daha diqqətli olmalıydıq.

- Yenə qrupdan çıxa bilməməyiniz çempionatdakı legioner limiti ilə bağlı ola bilərmi? Bir də komandanı çempionata adaptasiya etmək nə qədər çətin olacaq?

 - Limitdən şikayət etmək düzgün olmaz. Son 3 ildə birində “İnter”ə, indi də “Fiorentina”ya qarşı oynadıq. Desəm ki, limiti dəyişmək lazımdı, elə çıxar ki, sanki mən işimi düz görürəm, başqaları düz görmür, yəni düz çıxmaz. Hər bir ölkə futbolun inkişafı üçün müxtəlif variantlara əl atırlar. Legioner limiti də gənclərimizin inkişafına yönəlib, istər-istəməz hər hansı çatışmazlıqlarımız var. Komandanı, ölkə futbolunu stabil səviyyəyə çatdırmaq üçün komandaların sayını artırmaq lazımdı. Getdikcə oyunçularımızın ustalıq səviyyəsi daha da yaxşılaşmalıdı. Belə baxanda, “Beşiktaş”ın o cür şansı var idi. Amma sonra elə məğlubiyyətlə qrupdan çıxa bilmədilər. Yəni təkcə limitlə bağlı deyil. Mən desəm ki, limitə görə növbəti mərhələyə çıxa bilmədik, yalançı olaram. O ki qaldı çempionata adaptasiyaya, hər bir futbolçu üçün üzücü olacaq. Bunu soyunub-geyinmə otağında da gördüm. Onlar həm fizik olaraq yoruldular, həm də psixoloji zərbə aldılar. Bu bizim işimizdi, çalışacağıq ki, çempionata köklənək.

- Fasilədə PAOK – “Slovan” oyununun nəticə ilə maraqlandızmı?

- Bəli, hesabı bilirdim və bu bizə təsir edirdi. Dünən də demişdim ki, oyunun gedişatında PAOK – “Slovan” matçının nəticəsi ilə maraqlanacağıq.

- PAOK-a 2 oyunda qalib gəlsəniz də, mərhələ adlaya bilmədiniz...

- Biz onları məğlub etmişdik, amma PAOK da layiqli komanda idi. Deməli, bu gün onlar növbəti mərhələyə çıxmağa daha layiq idilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail