"Mərhələni ötən tur əldən vermişdik" - Rəşad Sadıqov - MÜSAHİBƏ

08.12.2016 | 4336 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Fiorentina"ya Bakıda 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu dəfə də alınmadı. Belə oyundan sonra danışmaq çətindir. Uşaqlar əllərindən gəəni etdilər. Sona qədər mübarizə apardıq. Təəssüflər olsun ki, qapımıza gedən zərbə qol olur. Belə oyunlarda belə sadə qollar buraxmaq olmaz. Düşünün ki, qapımıza ilk zərbə 60-cı dəqiqədə vurulur və o da qol olur. İlk hissədə dirəkdən dönən topu nəzərdə almıram. İkinci qolda da top məndən çıxmadı. 5-ci hakim künc zərbəsin göstərdi. Hakimlikdən danışmaq istəmirəm.

- Şehiç zəif qapıçı deyil, amma ilk qol...

- Hər birimizin səhvi vardı. O zonadan qapıya zərbə vurmağa imkan verməməliyik. İndi buna görə kimisə günahlandırmaq olmaz. Bu mövsüm Avroliqada qapımıza gedən bütün zərbələr qol olur. “Slovan”la oyunda xatırlamıram ki, onların 4-cü qol vəziyyəti oldu. 3 vəziyyət oldu, 3-də qolla nəticələndi. Elə “Slovan”la burdakı oyun – 2 zərbə və 2 qol. Hələ ola bilməz deyək ki, rəqibin qol vəziyyəti oldu və qol olmadı.

- Öz vəziyyətin necədi? Zədən hansı durumdadı?

- İndi özüm barədə düşünmək istəmirəm.

- Bir məqamda rəqib futbolçu Matias Veçinoya sərt şəkildə nəsə dedin...

- Hə, ürəyimdə sözüm vardı, ona və bir neçə futbolçuya dedim. Başa da düşdülər.

- İki il qabaq demişdin ki, yaxşı şansımız var, eyni şans bu dəfə də oldu...

- İki il əvvəl bilməzdim ki, bu gün belə şansımız olsun. Bu dəfə də fürsət əldən getdi. Bilmək olmaz, bir də belə şansımız olub-olmayacaq, bilinmir.

- Karyeranı bitirmək haqda düşünürsüz?

- Bu haqda hələ düşünmürəm.

- Avropa Liqasında 4-cü cəhddə qrupa düşdüz. İndi də 3 dəfə qrupda qalırsız, 4-cü cəhdi gözləyək, qrupdan çıxmaq üçün?

- Çox gözəl şansımız var idi. Bizə lazım olan “Fiorentina”nın evdə PAOK-u udması idi. Bununla da hər şey bitəcəkdi. Biz də səfərdə “Slovan”a planlaşdırılmadan uduzduq.

- Düşünmürsən ki, şans ötən tur bitmişsi sizin üçün?

- Öz işimizi çox çətinə salmışdıq. “Fiorentina” PAOK oyununun 92:15-ci saniyəsində yunanların qapısına cərimə zərbəsi verilmir, futbolçu əllə oynayır. Hakim buna göz yumur və həmin epizodun davamında PAOK qol vurur. Halbuki həmin an hakim oyunu saxlasa elə oyun bitəcəkdi.

- Planlaşdırılmış ssenari idi?

- Yox, bunu demək istəmirəm. Özümüzdə günah axtarmaq lazımdı. Biz mərhələni ötən tur “Slovan”la oyunda itirmişdik.

- Artıq neçənci dəfədir ki, hər şey son dəqiqəyə qalır. Nə çatmır?

- Ustalığımız o səviyyədə deyil. Qrupdan çıxmaq və həlledici oyunda nəticəni qazanmaq üçün təcrübəmiz çatmır. Bu dəfə əvvəlkilərdən daha çox xal yığdıq, 2 qələbə qazandıq, amma alınmadı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail