Almeyda: "Cavab oyununda həmin hesabla uduza da bilərik" - MÜSAHİBƏ

14.12.2016 | 5389 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt”ı 6 cavabsız qolla məğlub edən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibin bu qədər bərbad oynayacağını, “Qarabağ”ın isə məhsuldar nəticə qazanacağını gözləyirdinizmi?

- Oyuna bir qədər ləng başladıq. Buna görə də qarşılaşmanın əvvəli bizim üçün ağır keçdi. Qol vurduqdan sonra komandamız sanki oyandı. Bu oyanışın nəticəsi olaraq imkanlar əldə etdik, fürsətləri qaçırmadıq, hesabı bu həddə çatdırdıq. Nəticəyə görə asan qələbə qazandığımızı düşünməyin. Vacib olan lazımi nəticəni aktivimizə yazdırmaqdı.

- Amma qələbəni çətinliklə qazandığınızı da düşünmək mümkün deyil. Cavab oyununu formallığa çevirdiyinizi demək olarmı?

- Futbolda hər şey mümkündü. Bu gün 6 cavabsız topla qalib gəldik, cavab oyununda həmin hesabla uduza da bilərik. Artıq bu qələbəni bir kənara qoymalı, “İnter”lə çempionat oyununu düşünməliyik. Sonra Sumqayıta səfərimizi müzakirə edə bilərik.

- Maraqlıdır ki, bu mərhələnin ilk oyununda favoritlər qələbə qazandı. “Neftçi” ilə yarımfinalda qarşılaşmaq ürəyinizcədirmi?

- Hələ cavab oyunları var. Ona görə də digər cütlüklərin nəticələri haqda danışmaq istəmirəm. Fikrimiz “İnter”lə oyuna yönəlib. Ancaq bu matç haqda düşünürük.

- “İnter”in sizi qorxudacaq özəlliyi hansılardı?

- Hansısa qorxudan, çəkinməkdən danışmaq lazım deyil. Hörmətlə yanaşırıq, bilirik ki, güclü rəqibdi. İdmanın özünəməxsus xüsusiyyəti var: sən rəqibi dəyərləndirmirsənsə, o, səni cəzalandıracaq. “İnter” kompakt futbol nümayiş etdirir, bir-birilərinə yaxın oynayırlar. Bilirik ki, çətin bir oyun olacaq.

- “Sumqayıt” üzərindəki qələbədən sonra “Fiorentina”ya məğlubiyyəti, eləcə də avrokubokda mərhələ adlaya bilməməyin stressini, gərginliyini unutmusuz?

- İndiyə qədər həmin məğlubiyyətin üzüntüsünü unuda bilməmişəm. Çünki mərhələ adlamaq, mübarizəni davam etdirmək üçün şansımız var idi. Görünür, qismətimizdə yox imiş. Bundan sonra çoxlu məşq etməli, yüksək yer tutmalı, növbəti növsümdə uğur qazanmalıyıq.

- Avropa Liqasının püşkatma mərasimini izlədinizmi və PAOK-un adı çəkilən zaman hansı hisslər keçirdiniz?

- Artıq bu mərhələ arxada qaldı və bununla bağlı danışmağa dəyməz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail