Qurban Qurbanov: "Belə havada oynamaq çətin idi" - MÜSAHİBƏ

17.12.2016 | 3517 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə qolsuz bitən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Futbolçuların çxıışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Oyuna gələn azarkeşlərə də təşəkkür edirəm. Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi.

İlk hissədə həddən artıq soyuq idi. Futbolçular hətta topu hiss edə bilmirdilər. Səbəb axtarmazdım, amma diqqətli olsaydıq, qələbə qazana bilərdik.

Ölkə çempionu olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ancaq ümumi götürəndə razıyam.

- Namiq Ələsgərov son vaxtlar formada deyil. İcarəyə verilə bilər?

- Bu barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat verəcəyik. Onu bu gün meydana buraxmaq istərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım.
 
- Türkiyədə simpatiya bəslədiyiniz komandanın "Beşiktaş” olduğunu demişdiniz. Bu yaxınlarda bu komandayla oynamaq ehtimalınız var...


- Bəli, Türkiyə klublarından "Beşiktaş”a azarkeşlik edirəm. Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bu, bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq.

- Bu yaxınlarda qəza törətmiş Emil Balayevlə danışmısınız?

- O, pis maşın idarə etmir. Bu, hamının başına gələ bilər. Çox üzgündür. Ona səbr diləyirəm. Balayevdə günah axtarmaq, tənqid etmək düzgün olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail