Miçel: "Artıq əlimizdən bir şey gəlmir" - MÜSAHİBƏ

17.12.2016 | 3578 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Markos Madera Azərbaycan Premyer Liqasının 14-cü turunun "İnter"lə oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında fikirlərini bilmək istərdik...

- Bir xal da pis deyil. Lakin ümumi olaraq deyə bilərəm ki, biz daha çox qələbəyə layiq idik.

- Hava şəraitinin oyuna nə dərəcədə təsiri oldu?

- Belə havada oynamaq asan deyildi. Çünki topu istədiyimiz sürətdə göndərə bilmirdik.

- “Qarabağ”ın “İnter”i məğlub edə bilməməyinə səbəbi nədə görürsən?

- Heç bir oyunumuz asan keçmir. Amma “İnter” digər komandalara nisbətən hər zaman yaxşı müdafiə olunur.

- Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Fioretina"ya məğlub oldunuz və 1/16 final mərhələsinə vəsiqə qazana bilmədiniz. Bu, yeni il öncəsi əhval-ruhiyyənə pis təsir etmir?

- Təbii ki, mən də hər kəs kimi istərdim ki, növbəti mərhələyə keçək. Təəssüf ki, həmin matçda komandama kömək edə bilmədim. Artıq əlimizdən bir şey gəlmir. Növbəti mövsümə köklənməliyik.

- “Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisinə dəvət alıb. Miçel İspaniya milli komandasına nə vaxtsa dəvət alacağını gözləyir?

- Uzun illərdir peşəkar futbolçuyam və bilirəm ki, İspaniya millisinə çağırılmaq nə qədər çətindir.

- Matça çıxmamışdan öncə bilirdiniz ki, ən yaxın izləyiciniz “Qəbələ” üç xal qazanıb?

- Mən maraqlanmadım. Sadəcə olaraq, kimsə dedi ki, qələbə qazanıblar. Lakin bu, bizim oyunumuza təsir etmədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail