Zaur Svanadze: "Bu barədə hələ heç nə dəqiq deyil" - MÜSAHİBƏ

17.12.2016 | 3258 dəfə oxunub

“İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın XIV turunda səfərdə “Qarabağ”la qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bir xal qazandıq. Komandanın oyunundan razı qaldım. Nəzərə alsaq ki, heyətimizdə itkilər var idi, heç-heçə də yaxşı nəticədi. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə bir qədər bəxtimiz də gətirdi. Uşaqlar sağ olsunlar, yaxşı çıxış etdilər.

- Orxan Sadıqlının oyunundan razı qaldız?

- Əlbəttə, razı qaldım. Bütün oyunu sakit tərzdə keçirdi. Bir neçə epizodda komandanı qoldan xilas etdi. Ümumilikdə razı qaldım.

- Komandanın çempionatın ilk yarısındakı nəticəsi ürəyinizcədir?

- İlk yarını normal qiymətləndirmək olar. Bu ili “İnter” üçün məhsuldar dəyərləndirərdim. Məncə, normaldı.

- Bu heyət çempionatı yüksək pillələrdə başa vurmağa kifayət edəcək? Nəzərə alaq ki, kluba transfer qadağası şamil olunur...

- Bu heyətlə 3-cü yer uğrunda mübarizə aparmaq olar. Transfer qadağası var, yeni oyunçu cəlb edə bilməyəcəyik. Bu qadağa oyunçulara dah çox oynamağa imkan verir. Fikrimcə, bu heyət 3-cü yer uğrunda mübarizə üçün kifayət edər.

- Qış təlim-məşq toplanışını harda keçirəcəyinizi müəyyənləşdirmisiz?

- Bu barədə hələ heç nə dəqiq deyil.

- Siz yeni transfer edə bilməsəz də, rəqibləriniz yeni oyunçularla güclənə bilərlər...

- Bunu bilirəm. Ancaq edəcək heç nə yoxdu.

- Yeni transferlərin olmaması futbolçularda özündənrazılıq yaratmayacaq ki?

- Onlar bunu əvvəlcədən bilirdilər. Futbolçularımın peşəkarlığına inanıram. Düşünürəm ki, bu, onlara təsir etməyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail