Samir Məsimov: "Azərbaycana gəlişim ən böyük səhvlərimdən biridir" - MÜSAHİBƏ

20.12.2016 | 5695 dəfə oxunub

"Neftçi"nin makedoniyalı sabiq futbolçusu Vançe Şikovun müsahibəsi:

- "Neftçi" tarixinin ən pis transferlərindən biri oldunuz. Niyə bu komandada heç yarım il də oynaya bilmədiniz?

- Məni Avropa Liqasında Makedoniya "Shkendiya"sı ilə oyundakı zədə geri saldı. Komandaya qayıdanda tam hazır deyildim. Amma meydana buraxırdılar. Daha sonra yığma komandanın heyətində daha bir zədə aldım. Vəli Qasımov getdi, onu Elxan Abdullayev əvəz etdi. Onun gəlişindən sonra hər şey daha da pis oldu.

- Niyə?

- O, hər şeydə futbolçuları günahkar bilirdi. Ona görə biz həmişə günahkar idik. Özünü isə heç nədə günahkar saymırdı. Özünüz də görürsünüz ki, "Neftçi"nin nəticələri faciəvidir. Necə hər oyundan sonra yaxşı futbolçunun olmamasından danışa bilərsən? Halbuki, "Neftçi"də yetərincə yaxşı futbolçu var idi. Sadəcə, onları bir komanda olaraq birləşdirmək lazım idi.

- Sizinlə müqaviləyə xitam verilməzdən öncə əvəzedici komandaya göndərildiniz...

- Bunun gec və ya tez baş verəcəyini bilirdim. Abdullayev mənə dedi ki, bu qədər maaşla necə belə oyun göstərmək olar. Məşqçi futbolçusu ilə necə belə danışa bilər? İlk dəfə bu komandada gördüm ki, baş məşqçi hər şeydə futbolçuları günahkar çıxarıb, özünü təmiz hesab etsin.

- "Neftçi"nin ən yüksək ödənişli futbolçulara malik olmasına baxmayaraq, belə zəif çıxışı sizə təsir etmirdi?

- Mənim Azərbaycana gəlişim ən böyük səhvlərimdən biridir. Mənə ölkənin ən böyük klubuna keçdiyimi deyirdilər. Yəqin ki, əvvəllər elə olub. Amma indi "Neftçi"nin böyüklüyündən heç bir əsər-əlamət qamayıb. İqor Mitreskinin transferdən öncə mənə dediklərini də görmədim. Belə bir böyük klubun cəmi 200-300 azarkeşi necə ola bilər? Çox təəssüf.

- Sizcə, bütün bunlarda günahkar kimdir?

- Klub rəhbərliyini günahlandırmaq istəməzdim. Onlar öz işlərini görürlər. Sadəcə, məşqçilər korpusunu qaydasına salmaq lazımdır. "Neftçi"nin Elxan Abdullayevlə heç bir perspektivi yoxdur. Komandaya sadəcə, yaxşı məşqçi lazımdır ki, bu heyətlə maksimum nəticə əldə edə bilsin. Onlar ölkə kubokunda "Zirə"ni keçə bilərlər. Sonra? Yarımfinalda "Qarabağ"la oyunlarda "Neftçi"nin heç bir şansı yoxdur. Elə onunla da mövsüm boşa verilmiş olacaq.

- Belə görünür ki, Azərbaycanı mənfi emosiyalarla tərk etmisiniz...

- Mən orada "Qarabağ", "Qəbələ" kimi klublar da gördüm. Bu klubların böyük potensialı var. "Neftçi" isə onlardan çox uzaqdadır. Təbii ki, onların mənə müqaviləni ləğv etməyi təklif etməsinə çox sevindim. Bütün baş verənlərdən sonra yeganə çıxış yolu məhz bu idi. Belə vəziyyətdə oynaya bilməzdim. Prinsipcə, Azərbaycanda iki dəfə sevindim: bir gələndə, bir də gedəndə.  (azerisport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail